Ali təhsil diplomlarının tanınması proseduru ilə bağlı VACİB ADDIM

Ali təhsil diplomlarının tanınması proseduru ilə bağlı VACİB ADDIMAli təhsil diplomlarının tanınması proseduru ilə bağlı VACİB ADDIM
"Təhsil haqqında" qanun layihəsinə dəyişikliklə bağlı təklif olunan düzəlişlər qanunun bəzi müddəalarının təkmilləşdirilməsini nəzərdə tutur.
Bu barədə Oxu.Az-a Milli Məclisdən məlumat verilib.
Bildirilib ki, bunu Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev bu gün komitənin növbəti dəfə keçirilən onlayn iclasında çıxışı zamanı deyib. 
Bildirilib ki, Komitənin sədri Bəxtiyar Əliyev gündəliyə "Təhsil haqqında" və "Peşə təhsili haqqında" qanunlarda dəyişikliklər edilməsi barədə" birinci oxunuşda sənədlərin müzakirəsinin daxil edildiyini qeyd edib.
"Təhsil haqqında" qanun layihəsinə dəyişikliklə bağlı bildirilib ki, təklif olunan düzəlişlər qanunun bəzi müddəalarının təkmilləşdirilməsini nəzərdə tutur. Belə ki, qanunun müvafiq maddələrində "xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası" anlayışının daxil edilməsi, eləcə də, "xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası)" ifadəsinin "xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması" ifadəsi ilə əvəz edilməsi təklif olunur.
Bildirib ki, bununla da ali təhsil diplomlarının tanınması proseduru təkmilləşdiriləcək, tanınan sənədlərin əhatə dairəsi genişləndiriləcək ali təhsilə aid olan və ya ali təhsilə qəbul olunmaq imkanı verən subbakalavr diplomlarının da tanınma imkanı və proseduru yaradılacaq.  
Komitə sədri söyləyib ki, xarici ölkələrin səlahiyyətli orqanları tərəfindən verilmiş subbakalavr diplomlarının tanınması ilə xaricdə bu təhsili almış vətəndaşlarımızın, həmçinin, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin təhsillərini ölkəmizdə təhsilin növbəti pillələrdə davam etdirmək imkanları yaranacaq.
Müzakirəyə  çıxarılan "Peşə təhsili haqqında" qanun layihəsi "Təhsil haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə uyğun olaraq hazırlanmışdır və terminologiyanın eyniləşdirilməsi məqsədi daşıyır.
Qeyd edilib ki, həmin qanunda kvalifikasiya anlayışı belə verilir: "Kvalifikasiya – şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunun dövlət təhsil sənədi ilə təsdiq edilməsidir". 
Daha sonra Komitə sədri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində təmas xəttində vəziyyət barədə fikirlərini açıqlayıb. Ermənistanın təxribatları regionda təhlükə yaratdığı, işğalçının qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədi ilə Azərbaycan Ordusu lazımi addımların atıldığı vurğulanıb. 
O bildirib ki, Ermənistandan fərqli olaraq, Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur:
"Sentyabrın 27-dən bu günədək bütün baş verənlər Ermənistanın faşist mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Son hadisələr bir daha göstərdi ki, Ermənistan işğalçı dövlətdir. Azərbaycan isə yalnız özünü müdafiə etmək üçün əks-hücum əməliyyatları həyata keçirir".
Komitə sədri öz çıxışında Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı yaradılmış ATƏT-in Minsk qrupunun fəaliyyətinə də toxunub, fikirlərini söyləyib. Bildirilib ki, oktyabrın 9-da Moskvada Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin iştirakı ilə danışıqlar zamanı Dağlıq Qarabağda təmas xəttində humanitar atəşkəs elan edilməsi barədə razılıq əldə edilməsinə baxmayaraq, Ermənistan növbəti dəfə riyakarlıq göstərərək, oktyabrın 11-nə keçən gecə Azərbaycanın döyüş bölgəsindən kənarda yerləşən, ölkənin ikinci böyük şəhəri Gəncəni raket hücumuna tutub və nəticədə, mülkü əhali arasında ölənlər və yaralananlar var.
Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər,  Ağdam, Ağcəbədi rayonlarının ərazilərini atəşə tutub. Biz bunu qəti şəkildə pisləyirik. Dünya birliyi də bu məsələdə Azərbaycanı dəstəkləyir.
Sonra komitənin sədr müavini Musa Qasımlı, deputatlar İsa Həbibbəyli, Etibar Əliyev, Ceyhun Məmmədov, Şahin Seyidzadə, Müşfiq Məmmədli, Aqiyə Naxçıvanlı, Eldar Quliyev, Tamam Cəfərova, Afət Həsənova, Anar İsgəndərov, Fatma Yıldırım, Kamilə Əliyeva sənədlərlə  bağlı fikirlərini söyləyiblər, təkliflərini bildiriblər.
Qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Ali təhsil diplomlarının tanınması proseduru ilə bağlı VACİB ADDIMAli təhsil diplomlarının tanınması proseduru ilə bağlı VACİB ADDIMAli təhsil diplomlarının tanınması proseduru ilə bağlı VACİB ADDIMAli təhsil diplomlarının tanınması proseduru ilə bağlı VACİB ADDIM

Siyasi       Tarix: 13 oktyabr 2020
f Paylaş

Oxşar xəbərlər

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi

Türkiyədən Rusiyaya dost ölkəyə S-400-lərin köçürülməsi ehtimalı gündəmdədir. KONKRET.azapa-ya istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, bu istiqamətdə müvafiq işlə

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd

Prezident "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisini

Prezident Canni İnfantinonu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib. xəbər verir ki, Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişaf

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik

27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımınd

İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian"

Prezident və xanımı Bakıda sərgidə

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxal


azerbaycan xeberleri son xeberler yeni xeberler az xeber hava haqqinda maraqlı xəbərlər xabarlar