Alimlərdən BƏD XƏBƏR: Yeni pandemiya başlaya bilər
Dünyada yeni pandemiya H5N8 quş qripi virusuna görə başlana bilər.
Publika.az xəbər verir ki, bununla bağlı tədqiqata diqqəti "Medical Xpress" portalı yönəldib.
Qeyd edilir ki, Çin alimləri yeni pandemiyanın quş qripi virusu ilə bağlı olacağını açıqlayıblar.
Veyfen Şi və Corc Qao virusun yaranma yayılmasının tarixini izləyiblər. Onlar bildiriblər ki, bu ştamm 2010-cu ildə Çində ördəklərdə aşkarlanıb. Dörd il sonra Yaponiya və Cənubi Koreyada da yoluxma halları qeydə alınıb. Virusa yoluxanlar arasında ev və vəhşi quşlar da olub.
Virus 2016-cı ildə Hindistanda, Rusiyada, Monqolustanda, ABŞ-da, həmçinin Avropanın digər ərazilərində aşkarlanıb. H5N8 virusu 2020-ci ildə artıq 46 ölkədə qeydə alınıb. Bu, virusun artım qabiliyyətini göstərir.
Veyfen Şi və Corc Qao bu halda qeyd ediblər ki, yoluxanların müayinəsi zamanı H5N8-in insanlar arasında ötürülməsi əlamətləri aşkarlanmayıb.
Onlar həmçinin diqqəti virusun yüksək patogenliyinə yönəldiblər. / "Report"
Turlar.az [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək