Alimlərdən yeni ARAŞDIRMA: "Google" vasitəsilə xərçəngi müəyyən etmək olar
Onlayn özünü diaqnostika yumurtalıq xərçəngi də daxil olmaqla təhlükəli xəstəlikləri müəyyən etməyə kömək edə bilər.
KONKRET.az xəbər verir ki, bu barədə "Daily Mail" London İmperial Kollecinin və Harvard Tibb Məktəbinin alimlərinin araşdırmalarının nəticələrinə istinadən məlumat yayıb.
London İmperial Kollecində tədqiqatçılar tərəfindən 200 qadın üzərində aparılan araşdırma nəticəsində məlum olub ki, "Google"da axtarış etməklə öz-özünə diaqnoz qoymaq təhlükəli xəstəlikləri erkən mərhələdə müəyyən etmək üçün əhəmiyyətli potensiala malikdir. Tədqiqatçılar, yumurtalıq xərçənginin əlamətlərini "Google"da axtaran iştirakçıların tez bir zamanda tibbi yardım axtarma ehtimalının daha yüksək olduğunu məyyənləşdiriblər.
Harvard Tibb Məktəbinin tədqiqatçıları da oxşar nəticələrə gəliblər. Onlar müəyyən ediblər ki, süni intellekt alqoritmləri tərəfindən təşkil edilən "Google" tibbi məlumat anbarının istifadəsi xəstəliklərin əlamətlərini öz-özünə təhlil edərkən düzgün diaqnozun qoyulmasına yol açır.
Bununla belə, Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin mütəxəssisləri sağlamlıq vəziyyətini izləmək üçün bu üsula tamamilə etibar etməyi məsləhət görmürlər. Onların fikrincə, internetdə məlumat axtarmaq bir mütəxəssislə məsləhətləşməni əvəz edə bilməz. Bundan əlavə, tibbi məlumat bazalarından istifadə edərək özünü diaqnostika, bir insanın təhlükəli xəstəliklərə tutulma ehtimalı ilə əlaqəli obsesif bir narahatlıq olan narahatlıq pozğunluqlarının və hipokondriyanın inkişafına kömək edə bilər.
Burhan,
KONKRET.az

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
Putin İlham Əliyevi Rusiyaya dəvət etdi
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Orta Dəhlizdən yaşıl enerjiyə: Bakı ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq mərhələsi
Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var