Allahşükür Paşazadə: 'Qarabağ münaqişəsi başa çatıb, gələcəyi düşünmək vaxtıdır
"Fikrimizcə, Qarabağ münaqişəsi artıq başa çatıb, indi gələcək haqqında, sülh haqqında danışmaq, regionu sabit və təhlükəsiz etmək vaxtıdır".
"Report"un Rusiya bürosu xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Moskva şəhərində Azərbaycan, Ermənistan, Rusiya dini liderlərinin görüşü başa çatandan sonra bildirib.
O, dayanıqlı sülhün bərqərar olması naminə bu günədək davam etdirdiyi dəyərli sülhməramlı səylərinə görə Moskva və Rusiya patriarxı Kirilə, onun timsalında Rus Ortodoks Kilsəsinə təşəkkür edib.
"Əziz qardaşım, uzun illərdir Ermənistan – Azərbaycan münaqişəsinin dinc və ədalətli həlli üçün göstərdiyiniz sülhpərvər səylərə görə zati-müqəddəslərinizə hədsiz minnətdarıq və səmimi qəlbdən təşəkkür edirik. Dialoqun davam etməsi və qarşılıqlı etimada nail olması yolundakı qətiyyətinizi də yaxşı xatırlayırıq. Müəyyən qüvvələr tərəfindən bu münaqişəni dini müstəviyə sürükləmək marağına baxmayaraq, Sizin müdrik mövqeyiniz, sülhpərvər fəaliyyətiniz sayəsində bunun qarşısını almaq mümkün oldu", – QMİ başçısı deyib.
A.Paşazadə xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında suveren hüquqlarına əsaslanaraq, BMT Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, başqa beynəlxalq təşkilatların müvafiq sənədlərinə uyğun olaraq beynəlxalq birlik tərəfindən tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü bərpa edib: "Azərbaycan, Ermənistan, Rusiya liderlərinin 10 noyabr 2020-ci il tarixli birgə bəyanatı imzalanmasından sonra iki ölkə arasında hərbi əməliyyatlara, silahlı münaqişəyə son qoyulması Cənubi Qafqazda qisasçılıq təbliğatını, Azərbaycan və Ermənistan arasında düşmənçilik çağırışlarını istisna edən, xalqlarımızın rifahı naminə əməkdaşlığa başlamağı nəzərdə tutan yeni bir dövrün başlamasına şərait yaradır".
Onun sözlərinə görə, Azərbaycanın siyasi və coğrafi xəritəsində "Dağlıq Qarabağ" adlı hər hansı vahid yoxdur: "Bu gün Xankəndidə, ətraf yaşayış məntəqələrində yaşayan ermənilər başqa milli icmaların nümayəndələri kimi Azərbaycanın vətəndaşlarıdır, Azərbaycan Respublikasının qanunlarına əməl etməyə borcludurlar. Status məsələsinə gəlincə, Azərbaycan üçün bu məsələ müzakirə mövzusu deyil, ələlxüsus da dinlərarası dialoq çərçivəsində".
Xidmetler [newsid: 0-123300]

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var