Allergiyası olanların NƏZƏRİNƏ: "Əgər vaxtında qarşısı alınmasa..." - VACİB AÇIQLAMA

Allergiyası olanların NƏZƏRİNƏ: Yaz mövsümündə ən çox rast gəlinən problemlər sırasında allergik xəstəliklər xüsusi yer tutur. Statistik məlumatlara əsasən, hazırda dünyada hər on nəfərdən ikisi allergiyadan əziyyət çəkir. Məlumat üçün bildirək ki, mövsümi allergiya nəticəsində bədəndə səpgi, gözlərdə qızarma, sulanma, burun axması, çoxsaylı asqırma, qaşınma, öskürək, boğulma və daha təhlükəli olan boğazda şişkinlik və nəfəs darlığı yaranır. Bəs görəsən, allergik xəstəliklərdən necə qorunmaq olar?
Mövzu ilə bağlı KONKRET.az-ın suallarını həkim-infeksionist Ləman Qalimova cavablandırıb:

"Ümumiyyətlə allergiyalara çox insanlarda rast gəlinir. Fəsil dəyişdikcə yaz aylarında ağaclar çiçəkləməyə başlayır, güllər açır. Bu da bəzi insanlarda allergiya yaradır. Havada uçan tozcuqlara, bəzi ağaclara qarşı allergiyalar yaranmağa başlayır. Belə adamlar ehtiyatlı olmalıdırlar. Yəni allergiyalar baş qaldıran dövrü müalicə alaraq və özünü qoruyaraq keçirməlidirlər. Bu zaman onlar həmin dönəmi daha rahat geridə qoya biləcəklər. Bunun üçün həkimə müraciət olunmalı, hansı tədbirlərin görüləcəyini müəyyənləşdirməli, nələrdən istifadə olunacağını yəqinləşdirməlidirlər. Əks halda allergiyalar digər fəsadlara da yol aça bilər. Allergiyanın yaratdığı problemlər arasında Azərbaycanda ən çox yayılmış olanı bronxial astmadır. Ümumiyyətlə, allergiya əsasən selikli qişanın güclü qaşınması və dəri səpgiləri, ümumi zəifliklə özünü büruzə verir. Ona görə də, gələcəkdə bu istiqamətdə daha ağır xəstəliklərlə üzləşməmək üçün problemin qarşısının zamanında alınması mütləqdir".
Müşviq Tofiqoğlu
KONKRET.az

Sağlamlıq       Tarix: 13 mart 2025
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Qrip və viruslar yayılır: Özümüzü necə qoruyaq? – Həkimdən AÇIQLAMA

Havaların soyuması ilə ölkədə bir sıra yolxucu respirator viruslara yoluxma halları da artır. Bu isə cəmiyyətdə narahatlıqların yaranmasına səbəb olur. Bəzən insanlar qrip və digər bu kimi virusları o qədər kəskin keçirirlə

Kəsim yerlərindən alınan ətdən qarayara xəstəliyi keçə bilərmi?

Samux rayonu üzrə qeydə alınan qarayara hadisəsi bu xəstəliyin kəsim yerlərindən alınan ətlərdən keçə biləcəyi və təhlükəsizlik məsələlərini gündəmə gətirib. KONKRET.azxəbər verir ki, mövzu ilə bağlı -a açıqlama verən qid

Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı

"Bu briket insanı 24 saat ərzində yaşatmaq üçün nəzərdə tutulub, — serjant xırıltılı səslə izah etdi. — Onun tərkibində vitaminlər, mineral maddələr, zülallar və selitra var. Bir sözlə, rəhbərliyin əsgər orqanizmi üçü

Koronavirusla bağlı ŞOK İDDİA: İnsan orqanizmində görün nələr edirmiş

İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin alimləri koronavirusla bağlı mühüm elmi qənaətə gəliblər. Məlum olub ki, virus insan orqanizminin toxumalarında illərlə qalmaq qabiliyyətinə malikdir. bildiri

Düyüdəki gizli təhlükə: Plov hansı halda zəhərləyir?

Lənkəranda bir ailənin üzvlərinin plov və turşu qəbul etdikdən sonra qida zəhərlənməsinə məruz qaldığı bildirilir. Hadisə gündəlik qida rasionumuzda yer alan plovun hansı hallarda təhlükə yarada biləcəyi və ev şəraitind

Saç qaynağının gizli təhlükəsi - Keçəlləşməyəsəbəb ola bilər

Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbi

Qoşaçayda otuz şagird zəhərləndi

Bu gün Qərbi Azərbaycan əyalətinin Qoşaçay şəhərinin məktəblərindən birində otuz şagird zəhərlənib. KONKRET.azxəbər verir ki, bu haqda İran televizyası məlumat yayıb. Xəstəxanalara köçürülən şagirdlərin zəhərlənmə səbəb

Bazarlarda göbələk təhlükəsi: Bu əlamətləri görsəniz, almayın

Bazarlarda göbələk mövsümünün başlaması ilə bu məhsula tələbat artır. Lakin göbələk alarkən diqqətsizlik istehlakçıların sağlamlığı üçün ciddi təhlükə yaradır. Xüsusilə köhnəlmiş, düzgün saxlanılmamış və ya zəhərli növlərl

Göbələk mövsümü: Zəhərlənmə halları ilə bağlı xəbərdarlıq edildi

Artıq bir sıra dünya ölkələrind göbələk mövsümü qızğın dövrünü yaşayır. Lakin mütəxəssislər meşələrdə göbələk toplayanları diqqətli olmağa çağırırlar. xəbər verir ki, Almaniya Federal Risklərin Qiymətləndirilməsi İnstitutunu


son xeberler yeni xeberler azerbaycan xeberleri valyuta məzənnələri son xeberler az xeberler bu gun beynelxalq bank mezenne