Payızda bu təhlükə hər kəsi gözləyir? - Professor səbəbləri açıqladı
Payız aylarında havaların soyuması, günəşli günlərin azalması və mövsümi xəstəliklərin yayılması sağlamlığın qorunmasını daha da aktuallaşdırır. Bu dövrdə bir çox insan orqanizmdə vitamin və mineral çatışmazlığını müəyyənləşdirmək, immun sisteminin vəziyyətini yoxlamaq üçün müxtəlif analizlər verməyə üstünlük verir. Lakin hər kəsin mütləq check-up müayinəsindən keçməsinə ehtiyac varmı? Payızda hansı analizlərə xüsusi diqqət yetirilməlidir?
KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı professor Adil Qeybulla "Yeni Sabah"a açıqlamasında bildirib ki, check-up müayinələri hər kəs üçün zəruri deyil və analizlərin verilməsi insanın sağlamlıq vəziyyətindən, mövcud şikayətlərindən asılıdır.
Onun sözlərinə görə, ümumi müayinələr zamanı əsasən qanın ümumi analizi aparılır. Ürək və digər orqanlarla bağlı narahatlıqlar olduqda isə spesifik müayinələrə ehtiyac yarana bilər.
Professor qeyd edib ki, D vitamininin səviyyəsinin yoxlanılması, bəzi mikroelementlərin orqanizmdəki miqdarının müəyyənləşdirilməsi də əhəmiyyətlidir. Xüsusilə qalxanabənzər vəz xəstəlikləri və digər xroniki problemləri olan şəxslərin vəziyyətinə planlı şəkildə nəzarət edilməlidir.
Adil Qeybulla allergik reaksiyaları və müxtəlif xroniki xəstəlikləri olan şəxslərin də mütəmadi tibbi müayinələrdən keçməsinin vacibliyini vurğulayıb.
O, payız mövsümündə avitaminozdan qorunmağın, D vitamininin normal səviyyəsini saxlamağın, fiziki aktivliyi artırmağın və sağlam qidalanmağın vacib olduğunu bildirib. Professor, həmçinin tənəffüs yolları və hava-damcı yolu ilə yayılan xəstəliklərdən qorunmağı tövsiyə edib.

Yağışa görə bu oyun təxirə düşdü
Azərbaycan millisinin heyətində dəyişiklik
Özgür Özəl İlham Əliyevi təbrik edib
Azərbaycanda inək və toyuqlarla bağlı yeni qərar – Məqsəd bu imiş
Qızıl ucuzlaşdı: Azərbaycanda qiymətlər aşağı düşəcək? – İqtisadçıdan AÇIQLAMA
Qızıl və gümüş bahalaşdı
Ərdoğandan yeni bəyanat – İlham Əliyevlə görüşün mühüm detalları üzə çıxdı
Nuran yeni layihəsini təqdim etdi
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Azərbaycanın həmmüəllifi olduğu qlobal hesabat COP31-də təqdim olunub
Avropada həyəcan təbili: Trampın Rusiya ilə "böyük sövdələşməsi" nəyi dəyişəcək?
Şoyqu: Kiyev uzunmüddətli sülh gətirəcək həll yollarını müzakirə etməyə hazır deyil
Şimali Kiprin tanınması üçün... - Ərdoğan
Yardımlıda məktəb direktoru vəfat etdi
Üç ay əvvəl atası vəfat edən gənc qız qəfil öldü