Almaniya koronavirusa qalib gəlir - Nazir strategiyanı açıqladı
Almaniyada koronavirus pandemiyası nəzarət altına alınıb.
Publika.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Yens Span danışıb.
Robert Kox İnstitutunun rektoru Lotar Vieler ilə paytaxt Berlində birgə mətbuat konfransı keçirən nazir ölkədə koronavirusa qarşı qabaqlayıcı tədbirlərin nəticə verdiyini bildirib.
Yoluxma faktlarındakı artımın ciddi şəkildə dayandığını və azalmağa doğru getdiyini qeyd edən Span 12 apreldən bəri hər gün sağalanların sayının yoluxanlardan daha çox olduğunu dilə gətirib.
Nazir vurğulayıb ki, Almaniyada 1,7 milyondan çox Kovid-19 testi keçirilib. Onun sözlərinə görə, ölkə bundan sonra tibb işçilərinin testlərə cəlb olunmasına üstünlük verəcək. Həmçinin Almaniyada avqust ayından sonra 50 şirkətin hər həftə 10 milyon FFP2 tipli qoruyucu maska istehsal edəcəyini də açıqlayıb.
RKİ rektoru isə tibb işçiləri arasında koronavirusa yoluxma faktının artdığını diqqətə çatdırıb.
Son rəqəmlərə görə, Almaniyada 138 min 221 nəfər koronavirusa yoluxub, 4 min 98 nəfər dünyasını dəyişib. 81 min 800 şəxs sağalıb.
Zümrüd

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Rəsmi Bakıdan 20 Sentyabr mesajı: "...əbədidir"
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
Neft həftəni bu qiymətlə başladı
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - Fotolar
Zaur Kamalın səhhətində problem yarandı
Zaurla xəstəxanaya yerləşdirildi - Vəziyyəti necədir?
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il keçir
20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəldi