Almaniya mətbuatı Mahiri arzuolunmaz şəxs adlandırıb - İDDİA
Azərbaycan millisinin futbolçusu Mahir Emreli Almaniyada ciddi problemlərlə üzləşib.
KONKRET.azxəbər verir ki, Almaniya mətbuatı 28 yaşlı hücumçunun "Nürnberq"də arzuolunmaz şəxslərdən birinə çevrildiyini iddia edir.
Məsələ ondadır ki, Mahir komanda yoldaşlarında qıcıq yaradır. "Nürnberq"in futbolçuları həmyerlimizi sevmir və onunla aşkar soyuq davranırlar.
Komanda yoldaşlarının ondan narazılığının əsas səbəbi isə Emrelinin davranışlarıdır. Əsasən də danışığında normal olmayan ifadələr işlətməsi az qala hamının ondan üz döndərməsinə aparır.
O, hələ iki həftə əvvəl məşqdə komanda yoldaşı Florian Flikin adi foluna təhqirlə cavab verib. Hətta onlar arasında yaşanan münaqişəni sakitləşdirmək üçün məşqçilər hazırlıq prosesini də bir neçə dəqiqəlik dayandırmalı olublar.
Üstəlik, bunun ilk belə hadisə olmadığı iddiaları da yayılıb. Emreli özünü cilovlamaqda çətinlik çəkir ki, bu da komanda yoldaşlarının xoşuna gəlmir.
"Nürnberq" Mahirlə yayda başa çatacaq müqaviləni avtomatik uzatmaq hüququna malik olsa da, onun davranışları və son vaxtlardakı çıxışı səbəbindən qərar verməkdə tərəddüd edir. /Sportinfo.az
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Marsol Group partnyorları kişi geyimləri mağazasının açılışında- FOTOLAR
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birbank Taksit kartı ilə noyabr alış-verişlərinə əlavə 5% bonus
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Azercell 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib
Millətlər Liqası: Bu gün daha 10 oyun var