Almaniya prezidenti müsəlmanların Ramazan bayramını belə təbrik etdi
Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Ramazan bayramı münasibətilə mesaj yayımlayıb.
Publika.az xəbər verir ki, prezident türkcə, ingiliscə və ərəbcə yazılan mesajda bu il bayramın yeni tip koronavirus pandemiyasının kölgəsində qaldığını bildirib.
"Ramazan bayramınız mübarək olsun. Sizlər və hamımız üçün gələn il bayramı yenidən birlikdə qeyd etməyi diləyirəm. Bu il bayramı vərdiş etdiyimiz kimi birlikdə qeyd edə bilmirik. Amma daxili rahatlıqla və təsəlli verən inancla bir-birimizə bağlıyıq", - alman lider qeyd edib.
Konstitusiyanın din azadlığını təmin etdiyinə diqqət çəkən Ştaynmayer insanların həyatını xilas etmək üçün kütləvi toplaşmağa müvəqqəti olaraq məhdudiyyət qoyulduğunu vurğulayıb: "Bu sərt qaydalara əməl edən və virusa qarşı mübarizədə ilk uğurları əldə etməyimizə fayda verən hər kəsə şükranlarımı göndərirəm. Anlayışınız, məsuliyyət şüurunuz və həssas davranışınız üçün təşəkkür edirəm".
Zümrüd
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Rəsmi Bakıdan 20 Sentyabr mesajı: "...əbədidir"
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
Neft həftəni bu qiymətlə başladı
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - Fotolar
Zaur Kamalın səhhətində problem yarandı
Zaurla xəstəxanaya yerləşdirildi - Vəziyyəti necədir?
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il keçir
20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəldi