Almaniya Prezidenti: "Ukraynanı danışıqlar masasına itələməyin"
Almaniya Prezidenti: Ukraynanı danışıqlar masasına itələməyin.
KONKRET.az xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.
Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Ukraynanın Rusiyanın başlatdığı müharibəyə son qoymaq üçün danışıqlara getməsi çağırışlarına qarşı çıxıb.
"Biz Ukraynanı elə bir vəziyyətə gətirməliyik ki, danışıqlara başlamazdan əvvəl onu güclü edək. Biz Ukraynaya təzyiq etməyəcəyik. Bu yola nə vaxt gedəcəyi Ukrayna üçün qərar olaraq qalır", – deyə Ştaynmayer bildirib.
O, həmçinin bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin imperiya arzularını həyata keçirmək üçün ölkəsinin tam iqtisadi, siyasi və mənəvi məhvini qəbul edəcəyini heç kim gözləmirdi.
Müharibənin Almaniyaya təsiri ilə bağlı o deyib: "Ola bilsin ki, bizi çətin illər gözləyir".
Bundan əvvəl kansler Olaf Şolts bildirib ki, Almaniya müharibədən sonrakı dövrə hazırlıq çərçivəsində müttəfiqləri ilə Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə edir.
Xuraman Etibarlı,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?