Zelenski BMT tribunasından Rusiyanı HƏDƏLƏDİ

Zelenski BMT tribunasından Rusiyanı HƏDƏLƏDİUkrayna Prezidenti Volodimir Zelenski Nyu-Yorkda BMT Baş Assambleyasındakı çıxışı zamanı xəbərdarlıq edib ki, Rusiyanın Ukraynanın enerji infrastrukturuna zərbələrini davam etdirməsi Rusiyanın enerji obyektlərinə cavab hücumları ilə nəticələnəcək.
KONKRET.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" yazır.
"Ukraynalılar anlayır ki, bu qış bizim üçün çox ağır ola bilər. Lakin cavab olaraq bizim bu qışı Rusiya üçün də ağrılı etməkdən başqa seçimimiz qalmayacaq", – deyə Zelenski bəyan edib.
Ukrayna prezidenti həmçinin bildirib ki, Rusiya təkcə Donetsk vilayətinin işğalı ilə kifayətlənməyəcək və müharibə davam edəcəyi təqdirdə digər Ukrayna şəhərlərini də ələ keçirməyə çalışacaq.
Onun sözlərinə görə, hətta qismən qələbə belə Rusiya Prezidenti Vladimir Putin üçün kifayət etməyəcək.
Zelenski Rusiyanın hücumlarının intensivliyinə dair rəsmi rəqəmləri də açıqlayıb. O qeyd edib ki, Rusiya Ukraynaya 2100-dən çox raket atıb ki, bunlardan da 950-dən çoxu ballistik raketlərdir.
"Onlar hər saat reaktiv "Shahed" dronları buraxırlar. Biz onlarla həftənin 7 günü, günün 24 saatı mübarizə aparırıq", – deyə o əlavə edib.

Siyasi       Tarix: 24 sentyabr 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristine Qriqoryan IV Bakı Təhlükəsizlik Forumunda iştirak edir. APA-ya istinadla xəbər verir ki, bu barədə Ermənistan mediası yazıb. Kristine Qriqoryanın bu axşam Ermənistan

1990-cı illərdən 2023-ə: Qarabağda suverenliyin bərpasına gedən yol – TƏHLİL

1990-cı illərin əvvəllərindən etibarən Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğal siyasəti nəticəsində ölkənin beynəlxalq səviyyədə tanınmış ərazilərinin bir hissəsi işğal olunub, yüz minlərlə Azərbaycan vətəndaş

XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pislədi

Fransanın Avropa və Xarici İşlər Nazirliyinin mətbuat katibinin 17 sentyabr tarixli açıqlamasında Azərbaycana səyahət xəbərdarlığını "özbaşına saxlanılma və ədalətsiz məhkəmə araşdırması riski" iddiaları ilə əsaslandırmağ

Ukrayna səfirliyi Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycanı təbrik edib

Ukraynanın Azərbaycandakı səfirliyi 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə təbrik ünvanlayıb. xəbər verir ki, bu barədə diplomatik missiyanın rəsmi "Facebook" səhifəsində müvafiq paylaşım edilib. "Azərbaycan

Avropa bu məsələdə bir araya gələ bilmir – Mübahisələr getdikcə dərinləşir

Almaniya və Avropa İttifaqının daha 4 ölkəsi Madridin pandemiya dövründən qalan borcların ödənilməsini təxirə salmaq və Aİ büdcəsini yüz milyardlarla avro artırmaq təklifinə qarşı çıxıb. xəbər verir ki, Aİ-də təxminən 2 trilyo

1 saat danışdılar - Lavrov və Rubio nəyi müzakirə etdi?

Nyu-Yorkda Rusiya xarici işlər naziri Sergey Lavrov ilə ABŞ Dövlət katibi Marko Rubio arasında təkbətək danışıqlar başa çatıb. "RİA Novosti"yə istinadən xəbər verir ki, diplomatik görüş təxminən bir saat davam edib

Ərdoğan sabah ABŞ-yə səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah ABŞ-yə səfər edəcək. xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb. Qeyd olunub ki, Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasını

Şuşanın işğalı ilə bağlı maraqlı iddia: Türkiyə nə edib? – FOTO

Erməni politoloq Ara Poqosyan 1992-ci ildə Türkiyə ilə Ermənistan arasında yaranmış gərgin vəziyyətlə bağlı paylaşım edib. KONKRET. -a istinadən xəbər verir ki, o, 1992-ci ildə Şuşanın işğalından sonra Türkiyənin Ermənistanl

Üçü Bakıda, biri İrəvanda - O biri isə qəbiristanlıqda... - FOTO

Məhv olmuş keçmiş separatçı rejimin bir sıra "nümayəndələri" bu gün İrəvandakı "Yerablur" hərbi panteonunda peyda olublar. xəbər verir ki, onların arasında separatçı rejimin sonuncu rəhbəri Samvel Şahramanya


azerbaycan xeberleri son xeberler yeni xeberler valyuta mezennesi banklar dunya xeberleri maraqlı xəbərlər krimnal bugun