Almaniya və Niderland quru qoşunları BİRLƏŞİR
Niderland hökuməti 2023-cü ildə quru qoşunlarını Almaniya ordusuna tam inteqrasiya etməyi planlaşdırdıqlarını açıqlayıb.
KONKRET.azxəbər verir ki, bu barədə "Bloomberg" Niderland Kral Ordusunun mətbuat katibi mayor Mark van de Beekə istinadən yazıb.
Bildirilib ki, ölkənin müdafiə xərclərini azaltmaq üçün orduları birləşdirməyə 1993-cü ildə başlanılıb.
Qeyd edək ki, Niderlandın quru qoşunları üç briqadadan ibarətdir, onlardan ikisi artıq almanlarla birlikdə xidmət edir. Üç min nəfərlik sonuncu, üçüncü briqada isə 2023-cü ilin aprelinə qədər Alman ordusuna birləşdirilə bilər. Bu, təxminən 50 min nəfərlik qrupun yaradılmasını başa çatdıracaq.
Nəşr onu da vurğulayır ki, Hollandiya ordusu Almaniyadan icarəyə götürülmüş "Leopard" tanklarından istifadə edir.
İqbal Rzayev,
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi