Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib5-6 noyabr tarixlərində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Bolqarıstanda səfərdə olub.
Bu barədə azxeber.com-a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
Bildirilib ki, səfər zamanı Sofiya şəhərində Azərbaycan Xarici İşlər Nazirliyi və Bolqarıstan Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələrin 6-cı raundu keçirilib. Nümayəndə heyətlərinə Azərbaycan tərəfindən nazir müavini Elnur Məmmədov, Bolqarıstan tərəfindən isə xarici işlər nazirinin müavini İvanka Taşeva başçılıq edib.
Siyasi məsləhətləşmələr zamanı iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri, siyasi, iqtisadi, energetika, o cümlədən yaşıl enerji dəhlizləri, nəqliyyat-logistika və digər istiqamətlərdə əməkdaşlıq məsələləri geniş müzakirə olunub.
Tərəflər arasında ticarət dövriyyəsinin şaxələndirilməsi, qarşılıqlı sərmayələrin təşviqi məsələləri ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb. Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin və koordinasiyanın davam etdirilməsinin vacibliyi vurğulanıb.
Bununla yanaşı, humanitar, mədəniyyət, elm və təhsil sahələrində əlaqələrin genişləndirilməsi imkanları nəzərdən keçirilib, sözügedən istiqamətlərdə əməkdaşlığın ikitərəfli münasibətlərin mühüm tərkib hissəsi olduğu vurğulanıb.
Səfər çərçivəsində Bolqarıstan Respublikasının xarici işlər naziri Velislava Petrova-Çamova nazir müavini Elnur Məmmədovu qəbul edib. Görüşdə qarşılıqlı maraq kəsb edən məsələlər müzakirə edilib.
Nazir müavini Elnur Məmmədov həmçinin Bolqarıstan Respublikası Baş nazirin xarici siyasət üzrə müşaviri Rusi İvanov ilə görüşüb. Görüş zamanı ikitərəfli əlaqələrin genişləndirilməsi və əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Nümayəndə heyətimiz daha sonra Bolqarıstan Xalq Məclisində Bolqarıstan-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvləri və qrupun sədri Hamid Hamid, Xarici siyasət komitəsinin üzvləri və komitənin sədr müavini Slavi Vasilev ilə görüş keçirib. Aparılmış müzakirələr zamanı parlament diplomatiyasının təşviqi, qanunverici orqanlar arasında təmasların intensivləşdirilməsi və ikitərəfli əlaqələrin inkişafında parlamentlərarası münasibətlərin vacib rolu vurğulanıb.
Səfər zamanı, nazir müavini Elnur Məmmədov Bolqarıstan Xarici İşlər Nazirliyinin Diplomatik İnstitutunun dinləyiciləri və Müqəddəs Kliment Ohridski adına Sofiya Universitetinin Tələbə Diplomatik Klubunun üzvləri qarşısında mühazirə ilə çıxış edib.
Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilibAzərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilibAzərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilibAzərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilibAzərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilibAzərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilibAzərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

Siyasi       Tarix: 07 noyabr 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Asiyada ikinci NATO yaratmaq istəyirlər - Lavrov

Asiyada NATO-nun analoqu olan hərbi alyans yaratmaq istəyirlər. axaraz-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. "Asiyada NATO modelində hərbi-siyasi blokun yaradılması artı

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb

ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei

ABŞ-ın aralıq seçkilərinin nəticələri Vaşinqtonun İrana qarşı düşmənçiliyini dəyişdirməyəcək. axaraz-a istinadən xəbər verir ki, bu barədə İranın ali rəhbəri Müctəba Xameneinin adından yayılan açıqlamada bildirilib. "Partiy

İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR

8 Noyabr – Qarabağ Zəfərinin ildönümü həftəsində İstanbulda yaşayan azərbaycanlı uşaqlar üçün mühüm sosial layihə həyata keçirilib. xəbər verir ki, Türkiyədə bu miqyasda və formatda ilk dəfə təşkil olunan layihə çərçivəsind

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

Məhəmməd bin Salman Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. KONKRET.azxəbər verir ki, təbrik məktubunda deyilir:

Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı

Son zamanlar İran vətəndaşları və mediası tərəfindən Azərbaycan dövlətinin, xalqının və rəhbərliyinin ünvanına əsassız ittihamların, təhqiramiz ifadələrin, eləcə də qanunsuz çağırışların artdığı müşahidə olunur. Müxtəli

Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək

Ermənistanın Avropa İttifaqına inteqrasiya istiqamətində atdığı addımlar regionda geosiyasi rəqabəti yenidən gündəmə gətirir. Baş nazir Nikol Paşinyanın ölkəsinin 2027–2028-ci illərdə Avropa İttifaqına tamhüquqlu üzvlük üçü

ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. xəbər verir ki, məktubda deyilir:. "Zati-aliləri. 8 Noyabr – Zəfər Günü münasibətilə Zati-aliniz


yeni xeberler azerbaycan xeberleri son xeberler krimnal bugun axsam az xeberler xeberler az sonxəbərlər