Almaniyada koronavirusdan ölənlərin az olmasının ŞOK SƏBƏBİ - Azərbaycanlı həkim AÇIQLADI/VİDEO
Video əlavə olunub.
xxx
Almaniyada koronavirusa yoluxanların sayının sürətlə artmasına baxmayaraq, "Covid-19"dan ölənlərin az olması diqqət çəkir.
-ın məlumatına görə, Almaniyada fəaliyyət göstərən azərbaycanlı həkim Ümid Səlimzadə ATV televiziyasına açıqlamasında bildirib ki, buna səbəb xəstəxanalarda mümkün pandemiya təhlükəsinə qarşı hələ illər əvvəl hazırlıq görülməsidir. Onun sözlərinə görə, koronavirus yayılandan sonra Almaniya hökuməti illər əvvəl hazırlanan planı işə salıb.
"Düzdü planın işə düşməsi biraz gecikdi. Bu da Berlinin ilk dəfə belə hadisə ilə üzləşməsi idi" deyən həkim bildirib ki, Almaniyada bütün koronavirus xəstələri xəstəxanalara yerləşdirilmir.
"Vəziyyəti nisbətən yaxşı olanlar həkim nəzarəti altında evdə müalicə olunur. Bu da xəstəxanalardakı vəziyyəti ağır olan xəstələrə daha çox diqqət ayrılmasına şərait yaradır" - deyə Ümid Səlimzadə əlavə edib.
Qeyd edək ki, Almaniyada indiyə qədər 68180 nəfər virusa yoluxub. 682 nəfər dünyasını dəyişib. Digər ölkələrlə müqayisədə Almaniyada virusa yoluxanlarla virusdan ölənlərin nisbəti olduqca yaxşıdır. Müqayisə üçün bildirək ki, Çində virusa yoluxan 81518 nəfərdən 3305-i, İranda 44605 nəfərdən 3110-u, İspaniyada 94417 nəfərdən 8269-u, Fransada 44550 nəfərdən 3024-ü dünyasını dəyişib.
Anar Türkeş /publika.az

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək