Almatıda FACİƏ - Hosteldəki yanğında 13 nəfər öldü - ƏTRAFLI
Qazaxıstanın Almatıda üçmərtəbəli yaşayış binasının zirzəmisində və birinci mərtəbəsində yerləşən hosteldə baş verən yanğın nəticəsində 13 nəfər həlak olub.
KONKRET.az xəbər verir ki, bu barədə cümə axşamı, Fövqəladə Hallar Departamentinin mətbuat xidmətindən məlumat verilib.
Yanğınsöndürənlər gələn zaman zirzəmidə yanğının sahəsi 30 kvadratmetr olub.
"Kəşfiyyat və yanğının söndürülməsi zamanı ilkin olaraq 13 nəfər ölüb, onların şəxsiyyəti müəyyənləşdirilir", – deyə idarədən bildirilib.
Ölümün ilkin səbəbi dəm qazından zəhərlənmə olub. Ekspertizanın nəticələri hələ açıqlanmayıb. Ümumilikdə hosteldə 72 nəfər olub, onlardan 59 nəfəri yanğından qaça bilib. Yanğının söndürülməsinə 46 nəfər canlı qüvvə və 13 texnika cəlb olunub.
Xidmetler [newsid: 0-123300]

"Sabah" "Zirə"ni darmadağın etdi
Yaxın Şərqdə köhnə status-kvoya qayıtmaq mümkün deyil
İlham Əliyev: Cənubi Qafqaz sülh zonasına çevrilir
iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu
Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi
Qonşu ölkədə dollar kəskin bahalaşdı
Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ
Neymar 6 həftə oynamayacaq
Daha bir cüdoçumuz Avropa çempionu oldu
Superliqa: "Beşiktaş" səfərdə "Fənərbağça"nı məğlub edib
Məşhur aktyora 12 ilədək həbs tələb edildi
"Nexta" Goranboydakı yanğını sübutsuz şəkildə siyasi kontekstə bağlayıb - "Euronews"
Yeddi nəfərə qarşı 80 min manatlıq dələduzluq edilib
Ağdamda traktor minaya düşdü