Altıağac Milli Parkındakı yanğının səbəbi açıqlandı - RƏSMİ
Sentyabrın 23-də Xızı rayonu, Yuxarı Əngilan kəndinin yaxınlığından başlayan, sonradan güclü külək nəticəsində kəndlə sərhəd ərazidə yerləşən Altıağac Milli Parkına keçən yanğının baş vermə səbəblərinin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər görülür.
azxeber.com xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və Fövqəladə Hallar Nazirliyinin (FHN) birgə məlumatında qeyd edilib.
Bildirilib ki, aparılan ilkin araşdırmaların nəticəsi olaraq yanğının ərazidə ocaq qalanması nəticəsində başladığı ehtimal edilir.
ETSN və FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən müəyyən edilmiş ocaq yerinə baxış keçirilib, ərazidən fotolar çəkilib, şahidlərin izahatları alınıb.
Hazırda hadisə yerindən tərtib edilmiş müvafiq sənədlər, dəlil və sübutlar əsasında təhqiqat işləri davam etdirilir.
Yanğına səbəb olmuş şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər görülür.

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var