AMADA-dan dopinqə görə cəzalanan idmançı ilə bağlı açıqlama

AMADA-dan dopinqə görə cəzalanan idmançı ilə bağlı açıqlamaAzərbacyan Milli Antidopinq Agentliyi (AMADA) Ramin Əzizovdan test nümunəsinin idmançı karyerasını bitirdikdən sonra götürülməsi ilə bağlı məlumatlara münasibət bildirib.
AMADA-nın Mətbuat xidmətindən Publika.az-a verilən məlumaata görə, yayılan xəbərlər həqiqəti əks etdirmir.
Qeyd olunub ki, taekvondo yığmasının üzvündən 2019-cu il dekabrın 28-də Azərbaycan çempionatı zamanı nümunə götürülüb: "Həmin nümunədə Qadağan edilmiş Maddə və ya onun Metabolit yaxud Markerlərinin mövcudluğu (S8. Kannabinoidlər / Carboxy-THC) aşkarlanıb. Laborator müayinənin nəticəsi məlum olduqdan dərhal sonra yarış zamanı aşkarlanan qayda pozuntusu barədə 12 fevral 2020-ci il tarixində idmançı və müvafiq instansiyalar rəsmi məlumatlandırılıb. Azərbaycan çempionatında iştirak edən idmançılar adətən növbəti il üçün yığma komandaya qatılmaq məqsədilə çıxış edirlər. Həmçinin, dekabrın 28-də keçirilən dopinq nəzarətindən sonra da Əzizov 2020-ci ilin fevral ayında beynəlxalq yarışda iştirak edib".
Açıqlamada bildirilib ki, antidopinq qaydalarına əsasən, araşıdırılmalar aparılıb və nəticədə idmançıya 2 illik diskvalifikasiya sanksiyasının tətbiq edilməsi ilə bağlı təklif edilib və o, bununla razılaşaraq sanksiyanın qəbul edilməsi formasını imzalayıb: "Bunun nəticəsində 2020-ci il iyul 6-da AMADA Əzizov barəsində 24 ay (iki il) müddətinə idmandan uzaqlaşdırılma qərarı qəbul edib. Qərar həm idmançıya, həm də müvafiq instansiyalara göndərilib.
Qeyd edək ki, bütün hüquqi prosedurlar tamamlandıqdan sonra 13 avqust 2020-ci il tarixində idmançının barəsində 24 ay (iki il) müddətinə idmandan uzaqlaşdırılma qərarı açıqlanıb. Sanksiya müddəti 25 fevral 2020-ci il tarixində başlayıb və 25 fevral 2022-ci il tarixində bitəcək".
Açıqlamada taekvondoçu barədə idmandan uzaqlaşdırılma qərarının verilməsinin onun sonradan idmanı tərk etməsi ilə heç bir halda hüquqi ziddiyyət yaratmadığı vurğulanıb:" Antidopinq Qaydalarına əsasən, AMADA tərəfindən nəticələrin emalı prosesi davam edərkən, idmançı yaxud digər şəxs idmanı tərk edərsə, AMADA nəticələrin emalını başa çatdırır. Bununla bağlı, əgər idmançı yenidən idmana qayıtmaqla bağlı qərar versə, idmanla məşğul olmaq üçün sanksiya müddətinin bitməsini gözləməli və idmana qayıtmazdan 6 ay öncə AMADA-nı məlumatlandırmalıdır".
Xatırladaq ki, Ramin Əzizov (80 kq) 2017-ci ildə Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarının qalibi olub. O, 2012-ci ildə Böyük Britaniyanın Mançester şəhərindəki Avropa çempionatında gümüş, 2014-cü ildə Bakıdakı eyni yarışda bürünc medal əldə edib. Taekvondoçu 2014-cü ildə Cənubi Koreyadakı dünya çempionatında bürünc medal qazanıb.
Qeyd edək ki, "İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən qəbul edilmiş qərarların icrası müvafiq respublika idman federasiyaları tərəfindən təmin edilir.

İdman       Tarix: 18 avqust 2020
f Paylaş

Oxşar xəbərlər

Avropa Liqası: Bu gün 15 oyun var

Bu gün UEFA Avropa Liqasının əsas mərhələsinin ikinci turu çərçivəsində növbəti oyunlar baş tutacaq. xəbər verir ki, turun bütün qarşılaşmaları bu gün Bakı vaxtı ilə saat 20:45 və 23:00-da başlayacaq. UEFA Avropa Liqası

Etiraz aksiyalarına görə bu oyunun vaxtı dəyişdirildi

Fransa Liqa 1-də keçirilməsi planlaşdırılan "Tuluza" – "Trua" oyununun vaxtı dəyişdirilib. KONKRET.azxəbər verir ki, buna ölkədə keçirilən etiraz aksiyaları səbəb olub. Daha əvvəl oktyabrın 24-də keçirilməs

Qazancına görə bütün futbolçuları geridə qoydu

Portuqaliyalı futbolçu Kriştiano Ronaldo 2 milyard dollardan çox qazanan ilk aktiv idmançıdır. xəbər verir ki, hesablamaya vergilər və agent haqları xaric olmaqla maaşlar, bonuslar, reklamlar və biznes gəlirləri daxildir

Millinin baş məşqçiliyinə namizəd göstərilən Ardadan açıqlama

Vinçenzo Montellanın gedişindən sonra adı milli komandanın baş məşqçisi vəzifəsinə potensial namizəd kimi çəkilən Arda Turan açıqlama verib. xəbər verir ki, Turan bu təklifə çox sevindiyini deyib:. "Hisslərimi təsvi

"Qarabağ" "Sabah"ı təbrik etdi

"Qarabağ" klubu "Sabah"ı UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk qələbəsini qazanması münasibətilə təbrik edib. xəbər verir ki, Ağdam təmsilçisi bununla bağlı rəsmi sosial şəbəkə hesabında paylaşı

Qəzet oxumayan Kral: Əfsanəyə çevrilən ömür

"Mən futbol oynamaq üçün doğulmuşam. Necə ki Bethoven möhtəşəm musiqi bəstələmək, Mikelancelo isə rəsm çəkmək üçün dünyaya gəlib". Pele. 1940-cı il oktyabrın 23-də Braziliyanın Tres-Korasoyns şəhərində Edson Aranti

"Qarabağ" - "Dinamo Zaqreb" matçının baş hakimi açıqlandı

UEFA Gənclər Liqasının II təsnifat mərhələsində "Qarabağ"la Xorvatiyanın "Dinamo Zaqreb" komandaları arasında keçiriləcək oyuna hakim təyinatları açıqlanıb. UEFA-nın rəsmi saytına istinadən xəbər veri

"Real Madrid"in ulduzu bu komandaya gedir

"Real Madrid"in əfsanəvi müdafiəçisi Dani Karvaxal karyerasında gözlənilməz addım ataraq İspaniyanın digər təmsilçisi "Xetafe" ilə müqavilə bağlayacaq. KONKRET.azxəbər verir ki, bu barədə məşhur insayde

Fransadakı iğtişaşlar NFL-ə də təsir etdi - Trampdan matç ilə bağlı təklif

ABŞ Prezidenti Donald Tramp Fransada baş verən iğtişaşlarla əlaqədar Parisdə keçirilməsi planlaşdırılan NFL matçının təxirə salınmasını təklif edib. xəbər verir ki, "The Athletic" nəşrinin məlumatına görə, Tram


azerbaycan xeberleri yeni xeberler son xeberler xeber az ən son xəbərlər bugün kriminal bugun qarabag