"Amaliya Pənahova utanmadan türməyə gəldi" - Aqil M.Quliyev
"Amaliya Pənahova ilə ömrünün son bir ilində ünsiyyətimiz yox idi. Çünki ailəsinə və özünə qapanmışdı".
Open.az xəbər verir ki, bu sözləri rejissor Aqil M.Quliyev Tarix Əliyevin (Tolik) "Tolik ilə səmimi" "Youtube" layihəsində deyib.
O, mərhum Xalq artisti Amaliya Pənahovadan bəhs edib: "Baxıram onun səsini, səhnə hərəkətlərini parodiya etməyə çalışırlar. Onlar ancaq parodiyaçı kimi qalacaqlar. Bu insan əfsanədir. Xoşbəxt insanam ki, Amaliya xanımla çalışdım, onun son filmini çəkdim".
Aqil Tolikin "Amaliya Pənahova ilə adınız çox hallandı, onun övladları buna acıqlanırdı və görüşmürdünüz. Ömrünün son günlərində halallaşdınız" sualına belə cavab verib: "Təbii ki... Amma telefonla. Hər şeyə görə ona "çox sağ ol" dedim. Hamı məndən üz döndərib, xalq düşməni elan edəndə, beş-altı gözləmədiyim insan dedi ki, biz burdayıq. Onlardan biri də Amaliya Pənahova oldu. Amaliya xanım heç nədən çəkinmədən türməyə yanıma gəldi. Oturduq bir saat kağızlarla iş gördük. Dedim bir də gəlməyin. Dedi ki, nədən çəkinim, niyə gəlməyim? Biz dostuq".

ABŞ-la danışıqlarda geri çəkilməyəcəyik - Tehran
ABŞ-də festival qanla bitdi - 3 nəfər öldü
Neft ucuzlaşdı
Konfrans Liqasının oyunu azərbaycanlı hakimə tapşırıldı
Arda bu oyunçuya görə "Real"dan ayrıla bilər
"Əgər buna imkan versək, Türkiyə də bunu istəyəcək" - Yair Lapid
Zaxarova: KTMT-nin Qarabağ münaqişəsinə qoşulması mümkün deyildi
Ukrayna Kerçə zərbə endirdi: yaralılar var
Çaya tullanan gənc faciəvi şəkildə ÖLDÜ
Abşeronda binada partlayış: Sakinlər təxliyə edilir
ÇL: "Sabah"ın çətin Finlandiya səfəri
Emmanuel Addaininin yeni klubu bəlli oldu
Daşkəsəndə "Niva" aşdı - Xəsarət alan var
Süni intellektin köməyi ilə zəhər hazırladı, valideynlərini öldürmək istədi - ABŞ-da dəhşətli olay
İcazəsiz bazadan qaçdı, futbolçuları təhqir etdi