"Amazon"un rəhbəri ABŞ Prezidentini tənqid etdi
"Amazon" şirkətinin rəhbəri Ceff Bezos yanacaqdoldurma məntəqələrinin sahiblərini ölkədə benzinin qiymətini dərhal aşağı salmağa çağırdığı üçün ABŞ Prezidenti Cozef Baydeni tənqid edib.
KONKRET.az xəbər verir ki, bu barədə Ceff Bezos özünün tviter hesabında yazıb.
"İnflyasiya Ağ Evin bu cür bəyanatlar verməyə davam etməsi üçün çox böyük problemdir. Bu, ya açıq aldatmadır, ya da bazarın əsas dinamikasının dərin anlaşılmazlığıdır", – deyə Bezos bildirib.
ABŞ-da benzinin pərakəndə satış qiymətlərində artım qışın sonunda başlayıb. Bu, Ağ Evin tendensiyanın qarşısını almaq cəhdlərinə baxmayaraq, dünyada neftin qiymətinin artması fonunda baş verir.
Ölkədəki 60 000-dən çox yanacaqdoldurma məntəqəsində qiymətlərə nəzarət edən Amerika Avtomobil Assosiasiyasının məlumatına görə, iyulun 3-nə müntəzəm benzinin bir qallonunun (3,785 litr) orta qiyməti (Azərbaycanda Aİ-92) təxminən 4,8 dollardır.
Eyni zamanda, 2021-ci il yanvarın sonunda Baydenin ABŞ Prezidenti kimi andiçmə mərasimindən sonrakı ilk həftədə bu rəqəm 2,39 dollar səviyyəsində olub.
Xidmetler [newsid: 0-123300]

Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var
"Mən sizinlə birlikdə Bakıya getməyə hazıram" - Ruben Vardanyanın həyat yoldaşı