AMB 2 ödəniş təşkilatına icrası məcburi göstəriş verdi
Mərkəzi Bank "Modenis" MMC və "Mobile Payment Solutions" MMC-yə icrası məcburi göstəriş verib.
KONKRET.az xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.
Belə ki, tənzimləyici tərəfindən "Modenis" MMC-də həyata keçirilən planlı yoxlama çərçivəsində aşkar edilmiş aidiyyəti qanunvericilik və normativ aktların tələblərinin pozulması halları ilə əlaqədar olaraq, "Mərkəzi Bank haqqında" Azərbaycan Respublikasının Qanununun 48.2.4-cü və "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" Azərbaycan Respublikasının Qanununun 63.1-ci maddələrinə əsasən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçulugun maliyyələşməsinə dair mübarizə, habelə nağd pulla işin təşkili, informasiya təhlükəsizliyi, daxili nəzarət və risklərin idarə edilməsi sahələrində çatışmazlıqların aradan qaldırılması üçün icrası məcburi göstərişlər verilib.
Bundan başqa, "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" Azərbaycan Respublikasının Qanununun (Qanun) 9.3-cü maddəsinə əsasən ödəniş agenti tərəfindən reyestrə daxil edilmədən ödəniş xidmətlərinin göstərilməməsi tələbinin pozulması ilə əlaqədar olaraq, Mərkəzi Bank tərəfindən Qanunun 63.1-ci maddəsi rəhbər tutularaq, "Mobile Payment Solutions" MMC-yə ödəniş xidmətlərinin ödəniş agentləri vasitəsilə göstərilməsinin dərhal dayandırılmasına dair icrası məcburi olan göstəriş verilib.

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Sabah" Prezidentin ayırdığı pulu belə xərcləyəcək
Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
Premyer Liqada turun yekunu: iki gərgin qarşılaşma
Qeyri-qida malları ilə bağlı YENİ QAYDA