AMB bankların dollara tələbinin azalmasının səbəbini AÇIQLADI
Azərbaycan Mərkəzi Bankı (AMB) bankların valyuta hərraclarında dollara tələbinin azalmasının səbəbini açıqlayıb.
KONKRET.az xəbər verir ki, "APA-Economics"in sorğusuna cavab olaraq Mərkəzi Bankdan bildirilib ki, əlverişli beynəlxalq konyunktur və qeyri-neft ixracı potensialının artması şəraitində Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabında iri həcmli profisit yaranıb. Rəsmi statistikaya görə, tədiyə balansının cari əməliyyatlar hesabının əsas elementi olan xarici ticarət balansının profisiti 2022-ci ildə ötən illə müqayisədə 2.2 dəfə artaraq 23.6 mlrd. ABŞ dollarına çatıb. Profisitli tədiyə balansı ölkənin strateji valyuta ehtiyatlarının artması və valyuta bazarında təklifin genişlənməsilə müşayiət olunur. Mühüm məqamlardan biri odur ki, qeyri-neft sektoru üzrə ixracın həcmi 2022-ci ildə 12.3% artaraq 3 mlrd. ABŞ dollarına yüksəlib. Qeyd olunan məqamlar Azərbaycan Dövlət Neft Fondunun vəsaitlərinin satışı üzrə təşkil olunan valyuta hərraclarındakı tələb-təklif nisbətində də özünü göstərir. "Məhz bu amillər cari ilin 24 və 26 yanvar tarixlərində keçirilən valyuta hərraclarında valyuta alışı üzrə sifarişlərin verilməməsinin fundamental səbəbləri kimi çıxış edib" – deyə Mərkəzi Bankın açıqlamasında bildirilib.
Qeyd edək ki, bu il yanvarın 19-da keçirilən valyuta hərracında banklar cəmi 1,5 milyon dollar cəlb edib, 24 və 26 yanvar tarixlərində keçirilən valyuta hərraclarında isə heç bir sifariş verilməyib. Bu isə son illər ərzində qeydə alınan ilk belə faktdır.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var