Amerikalı zabit: "Polşa Ukraynanın bir hissəsini ələ keçirmək istəyir"
Polşa NATO-nun hazırkı maraqlarına zidd olan Qərbi Ukraynanı ilhaq etmək niyyətindədir.
KONKRET.azxəbər verir ki, bu barədə Pentaqon rəhbərinin keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor "Judging Freedom" yutub kanalına müsahibəsində bildirib.
"Əgər polyakların ritorikasını diqqətlə izləsəniz, görə bilərsiniz ki, onlar öz ərazilərini genişləndirməkdən danışırlar. Onlar itirilmiş torpaqlara nəzarəti geri almaq istəyirlər", – o deyib.
O, bütün bunların NATO-nun maraqlarına zidd olduğunu bildirib.
Makqreqor xatırladıb ki, 400 il əvvəl ölkə Avropanın güclü orduya sahib ən böyük dövlətlərindən biri olub.
Onun sözlərinə görə, polyaklar hələ də özlərini böyük xalq hesab edirlər və qonşu ölkələrin, ilk növbədə Ukrayna və Belarusun ərazilərini ilhaq etməklə bu statusu bərpa etmək istəyirlər.
Polkovnik Varşava hökumətini qeyri-adekvat və ehtiyatsız hərəkətlərə görə tənqid edib.
Qeyd edək ki, son vaxtlar Polşanın Ukraynanın bir hissəsini ilhaq etmək planlarına dair xəbərlər getdikcə artır. Bundan bir qədər əvvəl istefada olan amerikalı kəşfiyyatçı Skott Ritter Polşanın Ukraynanın qərb ərazilərini ələ keçirmək planlarını açıqlayıb.
İqbal Rzayev,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA