Ana özünü və üç övladını zəhərləyərək ÖLDÜRDÜ
İranın Loristan əyalətinin Durud şəhərində yoxsulluq səbəbindən ana özünü və üç övladını zəhərləyərək öldürüb.
KONKRET.azGünAzTV-yə istinadən xəbər verir ki, bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.
Bildirilib ki, xüsusilə son illər İranda intihar sayı kəskin artıb.
"Bu, bütün yaş qruplarına mənsub vətəndaşlar arasında özünü göstərir. Məişət problemləri ilə yanaşı intihar sayının artmasında fərdi azadlıqların məhdudluğu, gələcəyə ümidsizlik və depressiv problemlərin çoxalması əhəmiyyətli dərəcədə rol oynayır", – məlumatda qeyd edilib.
Xatırladaq ki, bir müddət əvvəl İran Səhiyyə Nazirliyi və müstəqil psixoloqlar İran vətəndaşlarının orta hesabla 25-30 faizində psixoloji problemlərin olduğunu bildiriblər.
Qeyd edək ki, ötən ilin iyul ayında İranın İsfahan əyalətinin Nəcəfabad şəhərində bir ailənin 5 üzvü özünü asaraq öldürmüşdü. Əyalətin məhkəmə başçısı höccətülislam Əsədullah Cəfəri bildirmişdi ki, polis əməkdaşları bir ailənin 5 üzvünü asılmış vəziyyətdə aşkarlayıblar.//Report
Turlar.az [newsid: 0-123300]

Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu
Gəncədə beşaylıq körpə ölüb
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Qara dənizdə hücuma məruz qalan gəmidəki azərbaycanlıların aqibəti bəlli oldu - Rəsmi
İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
BDYPİ sürücülərə xəbərdarlıq etdi
Şahdağ və Kəlbəcərə qar yağıb
"Eşref Tek" nə vaxt yayımlanacaq?
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir