Ankaradan SƏRT MESAJ: Türkiyə sığınacaq düşərgəsi deyil
"Türkiyə heç kim üçün sığınacaq düşərgəsi deyil".
Publika.az "TRT Haber"ə istinadla xəbər verir ki, bunu Ədalət və İnkişaf (AK) Partiyasının sözçüsü Ömər Çelik mətbuata açıqlamasında deyib.
"Türkiyə ölümdən qaçan insanlara qucaq açır. Bundan sui-istifadə edilməsinə qətiyyən icazə vermərik. Türkiyə heç kim üçün qaçqın düşərgəsi deyil. Türkiyə bundan sonra daha çox köç yükünün öhdəsindən gələ bilməyəcək. Ölkənin sərhəd məntəqələrini qoruma qabiliyyəti güclüdür", - deyə Çelik bildirib.
Bildirək ki, keçən həftə ABŞ bəzi əfqanların Türkiyə də daxil olmaqla, üçüncü ölkələr vasitəsilə ABŞ-a immiqrasiya üçün müraciət edə biləcəklərini açıqlamışdı. Ankara da bu açıqlamaya Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç vasitəsilə sərt reaksiya vermişdi:
"Türkiyə olaraq ABŞ-ın ölkəmizlə məsləhətləşmədən verdiyi məsuliyyətsiz qərarı qəbul etmirik. ABŞ bu insanları ölkələrinə aparmaq istəyirsə, onları təyyarələrlə birbaşa ölkələrinə köçürmək mümkündür".
Hüseyn
Xidmetler [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək