Antarktida parçalandı, Sankt-Peterburq boyda aysberq qopdu
2020-ci ilin noyabrında Brant şelf buzlağında nəhəng bir çat meydana gəldi və o, düz fevralın 26-dək, buzlaq tam qopana qədər böyüməkdə davam edib.
Publika.az "nat-geo.ru" saytına istinadla xəbər verir ki, Britaniyanın Antarktidadakı Xidmət mərkəzində (BAS) bu hadisə çoxdan gözlənilirdi.
"Bizim BAS-dakı komandalarımız uzun illər idi ki, aysberqin Brant şelfi buzlağından qopmasına hazırlaşırdılar. Yaxın həftələrdə aysberq gedə bilər yaxud da, buzlağın yanında qalaraq saya otura bilər", - deyə BAS-ın direktoru Ceyn Frensis söyləyib.
BAS-dan bildiriblər ki, parçalanma təbii proses nəticəsində baş verib və buna iqlim dəyişikliyinin səbəb olmasına dair heç bir dəlil yoxdur. Qalınlığı 150 metr olan Brantın şelf buzlağı ildə 2 kilometr sürətlə qərbə doğru irəliləyir və daim aysberqlər yaradır. Amma indiki aysberq çox böyükdür. Onun ehtimal olunan ölçüsü 1270 kvadratkilometr təşkil edir ki, bu da Sankt-Peterburq şəhərinin ərazisi ilə müqayisə oluna bilər.
"Cümə günü Brant şelf buzlağında aşkarlanmış aysberqlərə oxşar Antarktida şelf buzlaqlarından qopan nəhəng hissələr olduqca nadir və heyranedicidirlər", - deyə Uelsdədəki Suonsi Universitetinin professoru Adrian Lakman bildirib.
Alimlərin atmosfer və kosmik hava şəraitini müşahidə etdiyi "BAS Halley VI" tədqiqat stansiyası Brant şelf buzlağına ev sahibliyi edir. Onların verdiyi məlumata görə, stansiyaya bu bölünmədən zərər dəyməyəcək.
"Propast 1" və "Helluinskaya treşina" kimi tanınmış digər iki nəhəng şelf buzlağında çatların qarşısını almaq üçün BAS 2016-cı ildə stansiyanı 32 kilometr qurunun dərinliyinə köçürüb. Xidmətdən son 18 ayda bu çatların genişlənmədiyini bildirirlər.
Aysberqlərin çökməsinin gözlənilməzliyi, qaranlıq və soyuq qış aylarında evakuasiya mürəkkəbliyi səbəbindən son dörd ildə tədqiqat qrupu stansiyada yalnız Antarktikadakı yay aylarında işləyiblər.
"İndi bizim vəzifəmiz vəziyyəti diqqətlə izləmək və hazırkı azalmanın şelf buzlağına istənilən potensial təsirini qiymətləndirməkdən ibarətdir", - deyə BAS-ın əməliyyat direktoru Saymon Harrodun bəyanatında bildirilir.
Turlar.az [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək