Aparıcı Çinarə toyuna gəlməyən məşhurları biabır etdi: "Sizin 300 manatınıza qalmamışam

Aparıcı Çinarə toyuna gəlməyən məşhurları biabır etdi: "Elə bildim ki, toyum iki saata bitdi. Toyumdan doymadım, bol rəqs edə bilmədim. Toyumun həmin gecəsi Dubaya bal ayına gedirdik. Düzdür, çox rəqs etdik. Amma doymadım. Toyumda dostumu da tanıdım, məni istəməyən insanları da tanıdım. Kimi ki, toyumda gözləyirdim və ondan çox böyük gözləntilərim vardı, həmin o insanlar toyuma gəlib, yalandan küsüb getdilər. Kimdən ki, gözləmirdim, o insanlar o qədər içdən və ürəkdən toyumda iştirak etdilər ki… Dedim ki, həyat doğrudan da çox qəribədir".
azxeber.com xəbər verir ki, bu sözləri ötən ay təmtəraqlı şəkildə toyu olan aparıcı Çinarə Əliyeva qonaq olduğu "Özəl" verilişində deyib.
Televiziya ulduzu söz verib, lakin toyuna gəlməyən məşhurları efirdə biabır edib. Çinarə bildirib ki, Sevil və Sevinc Səfərova bacılarını həm ad gününə, həm də toyuna dəvət etsə də, onlar hər iki məclisə gəlməyiblər.
"Ən çox xoşuma gəlməyən Sevil və Sevinc Səfərova bacılarının hərəkəti oldu. Onlar toyuma gəlmədilər. Qızların xətirlərini çox istəyirəm. Onlar məndən iki dəfə xahiş ediblər, bir dəfə məclislərində, bir dəfə də yaxınlarının mağaza açılışında iştirak etməyimi. Mən də canla-başla iştirak edib, hətta öz sosial şəbəkə hesabımda paylaşım da etmişəm. Restoranımın açılışı oldu, bacıları çağırmışdım, gəlmişdilər.
Doğum günü məclisi keçirdim. Sevil və Sevinci dəvət etsəm də, gəlmədilər. Toyuma bacıları dəvət etdim və özlərinə söylədim ki, ad günümdə gəlmədiniz, amma toyumda mütləq iştirak etməlisiniz. Söylədilər ki, ayıb olar, gələcəyik. Toyuma iki gün qalmış qızlarla yenidən əlaqə saxladım. Söylədilər ki, gələcəyik. Amma gəlmədilər. Türkan Vəlizadə əvvəlcədən gələ bilməyəcəyini dedi, amma toyuma öz bacısını yolladı. Sərxan Kərəmoğlu Şəkidə olduğuna görə, gələ bilmədi. Amma mənə söz verənlər toyuma gəlmədilər".
Aparıcı həmkarı Afaq Gəncəlinin də sözünü tutmadığı və ondan incidiyini vurğulayıb:
"Afaq Gəncəlini də toy məclisinə dəvət etmişdim. Amma gəlmədi. Düzdür, o, hədiyyəsini yollamışdı. Amma onu sonra Zümrüd Bədəlovanın doğum günündə gördüm. Ona söylədim ki, keçən il doğum günü etdim, səni çağırdım, gəlmədin. Toyum oldu, səni çağırdım, yenə də gəlmədin. Bu, toydur. Bu, ad günü deyil ki, gələn il gələsən. Toy həyatda bir dəfə olur. Afaqa sual verdim ki, bəlkə, sən özünü mənə yaraşdırmırsan? Cavab verdi ki, yox və pis olub məni qucaqladı.
Dedi ki, səni çox istəyirəm. Ona dedim ki, nişanımın sabahısı günü bütün efirlər məndən xahiş etdilər ki, verilişlərinə gəlim, amma sən zəng vurub söylədin ki, canlı efirimə gəlməlisən. Və mən də onun sözünü iki etmədim, verilişinə getdim. Afaqa dedim ki, səndən özümə qarşı bu münasibəti gözləmirdim".
Çinarə müğənni Nura Surinin toyundan inciyib getdiyini açıqlayıb:
"Müğənni Nura Suri toyumdan küsüb getdi. Nura üçün üç masa dəyişdirdik. Yenə də narazı oldu. Nuranın xasiyyəti belədir də, hər şeydən narazıdır. Şəbnəm Tovuzlu toyuma gəlməsə də, qızını yolamışdı. Ceyhun Qala da mənə sonra dedi ki, toyundan küsüb getdim. Çünki mənə dedilər ki, orada yox, burada otur. Müğənnilərə toydan əvvəl demişdim ki, ürəyiniz harada istəsə, orada oturun. Tolik dedi ki, Bodrumdayam gələ bilməyəcəyəm".
Aparıcı müğənni Ayan Babakişiyevadan da küsdüyünü etiraf edib. O bildirib ki, Ayan toya gələcəyini söyləsə də, lakin sözünə əməl etməyib:
"Ayan Babakişiyeva söz verdi ki, toyuma gələcək, gəlmədi. Sonra onu Zümrüdün ad günündə gördüm. Ona tərəf heç baxmadım. O isə söylədi ki, bilirəm ki, məndən incimisən. Başa düşmürlər ki, mən onlar üçün masa saxlatdırmışdım. Deyirlər ki, gələcəyik, amma gəlmədilər.
Eybi yox, mən də zamanı gələndə onların elədiyini artıqlaması ilə qaytaracam. Çünki mən cavab verməyi sevirəm. Niyam Salami də mənə söylədi ki, toyda danışmadığım insan olsa da, gəlib iştirak edib, səninlə rəqs edəcəm. Amma o da söz verdi, gəlmədi. Mən sizin 300-500 manat pulunuza qalmamışam. İstəyirdim ki, sadəcə toyumda istədiyim insanlar iştirak etsinlər. Onsuz da sabah onlar mənə yenə ağız açıb, zəng edəcəklər". Qeyd edək ki, Çinarə Əliyeva iyulun 17-də plastik cərrah Ruslan Rəsul ilə ailə qurub. (bizim.media)

Şou Biznes       Tarix: 29 avqust 2023
f Paylaş

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

ABŞ-li aktyor Maykl Forest 97 yaşında vəfat edib. Bu barədə "The Hollywood Reporter" nəşri məlumat yayıb. Məlumata görə, aktyor ömrünün son illərini qocalar evində keçirib. Maykl Forest "Star Trek" serialınd

25 il sonra yenidən "Mumiya"da - Foto

Amerikalı aktyor Brendan Freyzer illər sonra "Mumiya" filmindəki "Rik O"Konnell" obrazına qayıdıb. Bu barədə "People" nəşri məlumat yayıb. 57 yaşlı aktyor filmin dördüncü hissəsinin çəkilişlər

"Yalı çapkını"nın aktrisası Bakıda toyda

Türkiyəli aktrisa Buçe Buse Kahraman Azərbaycana gəlib. Aktrisa Bakıda toylardan birində iştirak edir. Bu barədə paylaşım edən Buse məclisdə çəkdirdiyi fotoları yayımlayaraq azərbaycan dilində "Təki toy olsun" deyə

Maykl Ceksonun məşhur pencəyi hərraca çıxarılır

Pop ulduz Maykl Ceksonun "Thriller" klipindəki pencəyi Əbu-Dabidə hərraca çıxarılacaq. Ceksonun həmçinin əlcəkləri, mokasinləri və digər şəxsi əşyaları satılacaq. Hərrac dekabrda keçiriləcək. /

Bu dəfə serial ulduzu olacaq

Dünyaca məşhur model və iş xanımı Kayli Cenner "Bachelorette Weekend" serialında baş rolu canlandıracaq. Model həmçinin layihənin icraçı prodüseri olacaq. Cenner bu ekran işi ilə aktyorluqda ilk böyük roluna imz

Bred Pittin yeni sevgilisi - Foto

Hollivud ulduzu Bred Pitt sevgilisi, zərgərlik dizayneri İnes de Ramonla birgə ictimaiyyət qarşısına çıxıb. Cütlük aktyorun yaxın dostu Corc Kluninin fondunun təşkilatçılığı ilə keçirilən "The Albies" mərasimind

Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI

Türkiyə serialları təkcə ölkə daxilində deyil, dünyanın bir çox ölkəsində böyük auditoriyaya sahibdir. Serialların beynəlxalq satışları və məşhur aktyorlara olan maraq ulduzların qonorarlarına da təsir göstərir. Bəzi ba

Türkiyəli məşhur aktyor 90 yaşında vəfat etdi

Türkiyənin tanınmış aktyoru, şair və yazıçı Nihat Ziyalan 90 yaşında vəfat edib. xarici mətbuata istinadən xəbər verir ki, uzun illərdir Avstraliyanın Sidney şəhərində yaşayan sənətçinin vəfatını "Kaktüs" dərgis

Şakiranın yeni sevgilisi odur? - Məşhur aktyordan şayiələrə CAVAB

Hollivud aktyoru və rejissoru Ben Afflek müğənni Şakira ilə münasibətdə olması barədə yayılan şayiələrə ilk dəfə münasibət bildirib. Aktyor bu iddiaları cəfəngiyat adlandırıb. "Mən bu cəfəngiyatı ilk dəfə eşidirəm. İnsanla


son xeberler azerbaycan xeberleri yeni xeberler son xabarlar son.xeberler cəbhədən son xeber cəbhədən son məlumat