"Aprel döyüşləri tarixi Zəfərimizə gedən yolun başlanğıcı oldu" - Vüqar Rəhimzadə

Bu gün rəşadətli Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan Aprel döyüşlərindən səkkiz il keçir. Aprelin 1-5 tarixlərində baş verən, xalqımızın yenilməzliyinin, məğrurluğunun növbəti nümayişi olan bu döyüşlər Silahlı Qüvvələrimizin hansı imkanlara, gücə, qüdrətə malik olduğunu təsdiqlədi".
azxeber.com xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib:
"30 illik işğal dövründə Qarabağ münaqişəsinin nizamlanması prosesindən bəhs edilərkən daim bu mühüm məqam xüsusi vurğulanırdı ki, sülh danışıqları səmərə verməyəcəyi təqdirdə hərb yolunun seçilməsi şəksizdir. Təbii ki, bu əminlik ordu quruculuğu istiqamətində görülən işlərə, Silahlı Qüvvələrimizin döyüş ruhunun, qələbə əzminin artırılmasına yönələn addımlara əsaslanırdı. 2016-cı ilin Aprel döyüşləri şanlı Zəfərimizə gedən yolun başlanğıcı, Azərbaycan Ordusunun üzərinə düşən missiyanı şərəflə yerinə yetirmək imkanlarına malik olmasının təqdimatı kimi çağdaş tariximizə düşdü. 2016-cı il aprelin 2-nə keçən gecə erməni silahlı birləşmələri cəbhə xətti boyu bütün mövqelərimizi, eyni zamanda, mülki əhalini atəşə tutdu.
Azərbaycan tərəfindən dərhal adekvat tədbirlərin görülməsi ilə bağlı qərar qəbul edilərək düşmənə qəti cavab zərbələri endirildi. Ermənistan ordusunun canlı qüvvəsi və hərbi texnikası məhv edildi. Silahlı Qüvvələrimiz düşməni məğlubiyyətə uğradaraq Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2 min hektardan çox hissəsini azad etdi.
Uğurlu əməliyyatlar nəticəsində Tərtər rayonunun Talış kəndi istiqamətindəki yüksəkliklər işğalçılardan təmizləndi, strateji əhəmiyyətli Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi azad edildi, minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi.
Dörd gün davam edən bu döyüşlər çoxəsrlik tariximizə şanlı Zəfər səhifəsini yazdı. Aprel döyüşlərindən sonra xalqımızın bu gün artıq tarixin arxivinə atılmış Qarabağ münaqişəsinin tezliklə həllini tapacağına, torpaqlarımızın işğaldan azad edilərək əzəli və əbədi sahibinə qovuşacağına, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdacaqlarına inamı daha da artırdı.
Aprel döyüşləri işğalçı dövlətin və ona havadarlıq edənlərin keçmiş Qarabağ münaqişəsinin həllində hərb yolu seçiləcəyi təqdirdə Azərbaycanın məğlubiyyətə uğrayacağı ilə bağlı səsləndirdikləri sərsəm fikirlərin nə qədər əsassız olduğunu bütün dünyaya göstərdi. Bu döyüşlər ermənilərin, erməni lobbisinin və diasporunun illərdir yaratdıqları "məğlubedilməz Ermənistan ordusu" mifini dağıtdı. Dünya Azərbaycan Ordusunun böyük imkanlara malik olduğunun şahidinə çevrildi".
Vüqar Rəhimzadə vurğulayıb ki, Aprel döyüşləri dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən tarixi qələbədir. Azərbaycan Ordusu bir daha sübut etdi ki, hər bir təxribatın qarşısı qətiyyətlə almağa, düşməni diz çökdürməyə qadirdir:
"Dövlət başçısı İlham Əliyevin Aprel döyüşlərindən sonra, 2017-ci ildə Nyu-Yorkda BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılış mərasimindəki çıxışında "Sual verilir: necə olur ki, despotik və orta əsrlər rejiminin idarə etdiyi bu cür korrupsiyaya uğramış, uğursuz dövlət uzun illər ərzində beynəlxalq hüququ pozmağa, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə və dünyanın aparıcı ölkələrinin bəyanatlarına məhəl qoymamağa müvəffəq olur? Buna cavab isə ikili standartlardır.
Təcavüzkara heç bir beynəlxalq təzyiq göstərilmir, Ermənistan diktatorluğuna heç bir beynəlxalq sanksiya tətbiq edilmir. Bu siyasətə son qoyulmalıdır"- , çağırışını edən Prezident İlham Əliyev, həmçinin bildirdi ki, təcavüzkara münasibətdə bu cür siyasət təkcə ədalətsizliyi nümayiş etdirmir, eyni zamanda, Ermənistan diktatorluğunda elə bir illüziya yaradır ki, sanki onlar öz terror siyasətlərini bundan sonra da davam etdirə bilərlər. Həmin sessiyada 2016-cı ilin Aprel döyüşlərinə xüsusi diqqət yönəldən cənab İlham Əliyev qeyd etdi ki, Ermənistan şəhər və kəndlərimizə hücum edərək, təmas xəttində növbəti hərbi cinayət törətdi. Bu hücum nəticəsində 6 dinc azərbaycanlı qətlə yetirildi, onların sırasında bir uşaq da var idi.
Bundan əlavə, 26 mülki şəxs yaralandı. Yüzlərlə evlərimiz dağıdıldı. Azərbaycan öz vətəndaşlarını müdafiə etməli oldu. Uğurlu əks-hücum nəticəsində Azərbaycan 3 işğal olunmuş rayonda - Ağdərə, Füzuli və Cəbrayılda bir neçə əraziləri azad etdi və öz bayrağını azad edilmiş ərazilərdə qaldırdı. Ermənistan rəhbərliyi bu dərsi yaddan çıxarmamalıdır. Əks təqdirdə, Ermənistanın növbəti təxribatının nəticələri onlar üçün daha ağrılı olacaq".
Professor vurğulayıb ki, Aprel döyüşlərinin ardınca 2018-ci ilin Günnüt əməliyyatı Azərbaycan Ordusunun döyüş ruhunun, qələbə əzminin növbəti təqdimatı oldu. 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində Ermənistana tarixdə heç zaman unuda bilməyəcəyi dərs verildi. 44 gündə 30 ilin işğalına son qoymaq, tarixi ədaləti və ərazi bütövlüyümüzü bərpa etmək, dünya güclərinin öhdəsindən gələ bilmədiyi BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin təkbaşına icrasına nail olmaq Azərbaycan Silahlı Qüvvələrinin gücünü, qüdrətini nümayiş etdirdi.
Vüqar Rəhimzadə Aprel döyüşlərinin  tarixi əhəmiyyəti sırasında həmin vaxtdan başlayaraq Böyük Qayıdış prosesinə start verilməsini xüsusi qeyd edib.
Bildirib ki, Lələtəpə yüksəkliyinin azad edilməsi nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində mülki əhalinin yaşayışı üçün təhlükə tamamilə aradan qaldırıldı. Prezident İlham Əliyevin Cocuq Mərcanlı kəndinin bərpası və əhalinin yerləşdirilməsi ilə bağlı 2017-ci ildə imzaladığı Sərəncama uyğun olaraq Böyük Qayıdış prosesinə start verildi.
Cocuq Mərcanlı Böyük Qayıdışın ilk ünvanı oldu. Xalqımız bu qayıdışı böyük sevinc və qürur hissi ilə qarşıladı. Belə bir əminlik yarandı ki, tarixi torpaqlarımıza qayıdış davamlı olacaq.
Onun sözlərinə görə, bu gün artıq tarixin arxivində pas atmaqda olan Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi bazanının yaradılması, həmçinin ordumuzun gücünün, qüdrətinin artırılması, xalq-iqtidar birliyinin möhkəmliyi, sarsılmazlığı, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın birliyi, həmrəyliyi gələcəyə daha böyük inamla addımlamağımıza əsas Verdi:
"Dövlətimiz daim ordu quruculuğuna xüsusi diqqət yetirərək onun maddi-texniki bazasının möhkəmləndirilməsi, Silahlı Qüvvələrin döyüş hazırlığının beynəlxalq standartlara cavab verməsi istiqamətində mühüm addımlar atdı və bu gün də həmin proses davam etdirilir. Azərbaycan Ordusunun dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşması bu sahədə görülən işlərin nəticəsidir.
Tarixi Zəfərimizdən üç il sonra, ötən ilin sentyabrında rəşadətli ordumuzun həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi. İşğaldan azad edilmiş bütün ərazilərimizdə Azərbaycan Bayrağı dalğalandı.
Xankəndi şəhərində Zəfər paradının keçirilməsi, bu ilin mühüm hadisəsi, yeni dövrün başlanğıcı olan 7 fevral növbədənkənar prezident seçkilərində dövlət başçısı İlham Əliyevin  ailə üzvləri ilə birlikdə Xankəndi şəhərində səs vermələri, Müzəffər Ali Baş Komandanın Novruz tonqalını Xankəndidəki Zəfər meydanında alovlandırması, Xocalı faciəsinin 32-ci ildönümünün Xocalı şəhərində qeyd edilməsi və ölkə Prezidentinin bu məkanda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü, bu il keçmiş məcburi köçkünlərin Füzuli və Laçın şəhərlərinin davamı olaraq Xankəndiyə, Xocalıya, Şuşaya, Kəlbəcərə və Cəbrayıla qayıdacaqları və sair kimi biri-birindən mühüm hadisələr tarixi ədalətin təntənəsi olmaqla yanaşı, Aprel döyüşlərindən başlanan yolun xalqımıza və dövlətimizə bəxş etdiyi möhtəşəm uğurlarıdır.
Hazırda bütün işğaldan azad edilmiş ərazilərimiz dirçəlir, cənnət məkana çevrilir. Böyük Qayıdış Proqramının birinci mərhələsinin başa çatacağı 2026-cı ilədək 140 min soydaşımızın doğma yurd-yuvasına qayıdışı hədəflənib.
Bu gün hər bir azərbaycanlı səkkiz il əvvəl Lələtəpədə ucaldılan Azərbaycan Bayrağının işğaldan azad edilmiş bütün torpaqlarımızda dalğalanmasından böyük qürur hissi keçirir".

Sosial     Baxılıb: 159   Tarix: 03 aprel 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Xətai rayonuna prokuror təyin edildi

Bakının Xətai rayonuna prokuror təyin edilib. Baş prokuror Kamran Əliyev bununla bağlı əmr imzalayıb. Əmrə əsasən, Sərdar İmanov 2-ci səlahiyyət müddətinə Xətai rayon prokuroru vəzifəsinə təyin olunub. /

Məlumatla manipulyasiya arasında incə sərhəd: Süni intellekt jurnalistikaya necə təsir edir? — RƏYLƏR

Müasir dövrdə informasiya bolluğuna baxmayaraq, saxta xəbərlər və dezinformasiyalarla mübarizə getdikcə çətinləşir. Sosial şəbəkələrdə yayılan yalan məlumatlar ictimai rəyi çaşdırmaqla yanaşı, cəmiyyətin təhlükəsizliyi v

Cəlilabaddan olan müəllim sertifikasiya imtahanında maksimum bal toplayıb

Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində Rəvan İmanov maksimum nəticə - 60 bal toplayıb. xəbər verir ki, o, Cəlilabad şəhəri Şah İsmayıl Xəta

Avro ucuzlaşdı, dollar isə…

Mərkəzi Bankın bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb. ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,700 manat olub.  xəbər verir ki, lirə manat qarşısında 0.23 azalaraq 0.0432 AZN-ə enib. Avronun məzənnəsi 0.32% artaraq 1.9654 manat

ASGA Minsk şəhərində 'Azərbaycan-Belarus Gənclər Forumu'nu reallaşdırdı - FOTOLAR

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası Minsk şəhərinə, BRSM Konfrans zalında Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Azərbaycan-Belarus Gənclər Forumu" layihəsi çərçivəsind

Azərbaycan Ordusu güclü ordular sırasındadır

1993-cü ildə Ümummilli Lider Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra da ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı. 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqd

AZAL Türkiyənin Çukurova Beynəlxalq Hava Limanına ilk reysini həyata keçirib - FOTOLAR

Azərbaycanın milli aviadaşıyıcısı AZAL bu gün, 15 iyun tarixində Bakıdan Türkiyənin Adana və Mersin şəhərlərinə yaxın ərazidə yerləşən yeni Çukurova Beynəlxalq Hava Limanına ilk birbaşa reysini uğurla həyata keçirib. Bu barəd

Sabah azərbaycanlı zəvvarların sonuncu qrupu Həcc ziyarətindən Vətənə qayıdacaq

Bu gün azərbaycanlı zəvvarların növbəti, sabah isə son qrupu Həcc ziyarətindən Vətənə qayıdacaq. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangir

"Maşa və ayı"ya görə "Space TV"yə xəbərdarlıq edildi

13 iyun 2025-ci il tarixdə Azərbaycan Respublikası Audiovizual Şurasının onlayn iclası keçirilib. Bu barədə -a Audiovizual Şuradan məlumat verilib. Bildirilib ki, iclasda "Space TV" kanalının efirində cari ili


yeni xeberler son xeberler azerbaycan xeberleri qurban bayrami 2025 azerbaycan son xeber bugun son xeberler bugun 2025 azerbaycan cəbhədən son xəbərlər 2025