Aqrar sektor 3 %-dən çox böyüyüb
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 9 milyard 728,7 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib.
KONKRET.azDövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,2 % çoxdur.
Son 1 ildə ölkədə istehsal olunmuş bitkiçilik məhsullarının dəyəri 3,2 % artaraq 5 milyard 304,2 milyon manata, heyvandarlıq məhsullarının dəyəri isə 3,1 % artaraq 4 milyard 424,5 milyon manata çatıb.
Bu il noyabrın 1-nə kimi ölkədə dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) əkin sahələrindən 2882,4 min ton və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 6,2 % az məhsul götürülüb. Orta hesabla hər hektardan əldə edilmiş məhsul 30,4 sentner təşkil edib. Bundan əlavə, məhsulu toplanmış 30,4 min hektar qarğıdalı sahəsindən 232,7 min ton məhsul götürülüb. Yığım başlanandan sahələrdən 1031,1 min ton və yaxud ötən ilin eyni dövrünə nisbətən 2,4 % çox kartof, 1 729,3 min ton (1,4 % çox) tərəvəz, 468,7 min ton (1,9 % çox) bostan məhsulları, 1 059 min ton (3,5 % çox) meyvə və giləmeyvə, 204,7 min ton (1,7 % çox) üzüm, 954,2 ton (15,5 % az) yaşıl çay yarpağı, 153,6 min ton (5,2 % az) şəkər çuğunduru, 199,1 min ton (8,3 % çox) pambıq, 28,5 min ton (10,9 % çox) günəbaxan və 3,7 min ton (35,2 % az) tütün yığılıb.
Oktyabrın sonuna qədər Azərbaycanda ümumi sahəsi 1,6 min hektar olan 3 117 vahid istixana fəaliyyət göstərib. Ötən ilin eyni dövrü ilə müqayisədə istixanalarda yetişdirilən əsas məhsullardan olan pomidorun istehsalı 14 % artaraq 318,2 min ton, xiyarın istehsalı 37,9 % artaraq 25 min ton olub. Təsərrüfatlarda 2023-cü ilin məhsulu üçün müvafiq işlər görülür. Təmiz herik şumu daxil olmaqla cari ilin payızlıq əkinləri üçün 941,8 min hektar sahədə şum qaldırılıb. Gələn ilin məhsulu üçün 344,9 min hektar sahədə dən üçün payızlıqlar səpilib. Ondan 190,7 min hektarı buğda, 154,1 min hektarı arpa və 0,1 min hektarı çovdar təşkil edir.
Son 1 ildə ölkədə quş əti də daxil olmaqla diri çəkidə ət istehsalı 2,9 % artaraq 470,8 min ton, süd istehsalı 1,6 % artaraq 1 837,6 min ton, yumurta istehsalı 6,7 % artaraq 1 658,6 milyon ədəd, yun istehsalı 2,2 % azalaraq 15,6 min ton, barama istehsalı isə 31,4 % azalaraq 341,4 ton olub.
Kurslar.az kurslar [newsid: 0-123300]

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var