AQTA maarifləndirir: Qarayara xəstəliyi ilə mübarizədə profilaktik tədbirlər

AQTA maarifləndirir: Qarayara xəstəliyi ilə mübarizədə profilaktik tədbirlərAzərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. Rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanma ilə bağlı tövsiyələr, ölkədə qida təhlükəsizliyinin təmin olunması ilə bağlı zəruri məlumatlar oxucuların diqqətinə çatdırılır.
Agentlikdən Milli.Az-a verilən məlumata görə, budəfəki maarifləndirici mövzu isə "Qarayara xəstəliyi ilə mübarizədə profilaktik tədbirlər" haqqındadır.
Qarayara kəskin zoonoz xəstəliklərdəndir. Tibdə daha çox "Sibir xorası" adı ilə tanınır. Qarayara bütün növ kənd təsərrüfatı və vəhşi heyvanların, həmçinin insanların xüsusi təhlükəli xəstəliyidir. Əksər hallarda ölümlə nəticələnir.
Xəstəlik heyvanın ağız, burun və anus dəliyindən qanlı köpük axması, qanının laxtalanmaması, qısa müddətdə ölməsi, cəsədinin şişməsi şəklində özünü büruzə verir. Heyvanlarda xəstəliyə xas simptomlar aşkar edildikdə dərhal onu təcrid edib, baytar mütəxəssisə məlumat verilməlidir. Qarayaraya şübhəli heyvan leşi uyğun şəkildə basdırılmalıdır və cəsədin yarılması yolverilməzdir.
Mal-qaranı qarayaradan qorumaq üçün təsərrüfatda baytarlıq-sanitariya qaydalarına ciddi riayət olunmalıdır. Yeni heyvan aldıqda karantində saxlanmalıdır. Qarayara xəstəliyinin yayılmasının qarşısının alınması, profilaktikası məqsədilə peyvəndləmə aparılması şərtdir. Qarayara xəstəliyinə tutulmuş heyvanın əti və südü bu infeksiyanı rahatlıqla daşıyır. Bazarlarda, küçələrdə açıq satılan, heç bir nəzarət olmadan, evlərdə kustar üsulla hazırlanmış, kəndlərdən birbaşa satışa çıxarılan süd və süd məhsulları, ət süfrəmizə təəssüf ki, yol tapa bilir. Sağlamlığımızı qorumaq üçün bu məsələlərə həssas yanaşmalıyıq və heyvanları peyvəndlənmədən yayındırmamalıyıq. Xatırladaq ki, qarayaraya qarşı peyvəndləmə dövlət tərəfindən pulsuz olaraq aparılır.
İnsanlar qarayaraya təkcə xəstə heyvanın ət və südündən, eləcə də südündən emal olunmuş məhsullardan istifadə etməklə, xəstə mal-qara və ya onun məhsulu (yun) ilə təmasda olmaqla deyil, həm də qansoran həşəratların dişləməsi ilə də yoluxa bilərlər. Qarayara sporları ilə çirklənmiş torpaqla təmas da təhlükəlidir.
İnsanlarda xəstəliyin əsas əlamətləri əllərdə və bədənin digər nahiyələrində nekrozlu sahələrin (karbunkullar) əmələ gəlməsi, hərarətin yüksəlməsi, ağız boşluğunun selikli qişasının xorası və s. ilə müşahidə olunur. Xəstəliyin qarşısını vaxtında almaq gərəkdir. Qarayaraya yoluxma şübhəniz yarandıqda dərhal həkimə müraciət edilməlidir. Yaraya toxunmamaq lazımdır, müdaxilə infeksiyanın yayılmasına səbəb ola bilər.
Bu təhlükəli infeksiyadan qorunmaq üçün heyvanlara qulluq etdikdə gigiyena qaydalarına mütləq əməl olunmalıdır. Ət və süd məhsulları çiy, yarıbişmiş şəkildə istifadə edilməməlidir. Xəstəlikdən qorunmağın ən yaxşı yolu xəstə heyvanların ətinə toxunmamaq, baytar nəzarəti olmayan yerlərdən ət almamaqdır. Heyvan kəsimi baytar mütəxəssisin nəzarəti ilə həyata keçirilməlidir. Eyni zamanda, çarpaz çirklənmənin qarşısını almaq üçün heyvanların kəsildiyi yerlərin meyvə-tərəvəzlərlə təması olmamalıdır. Qeyd edək ki, heyvanların peyvəndlənməsindən sonra gözləmə müddətinə əməl olunması vacibdir.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 08 may 2020
f Paylaş

Oxşar xəbərlər

Çox işləmək piylənməyə səbəb olur

Kvinslend Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, iş saatlarının azaldılması təkcə stressi deyil, ümumilikdə sağlamlığa da müsbət təsir edir. xəbər verir ki, onlarla ölkədən toplanan məlumatların təhlil

Ebola virusu yenidən alovlandı və sürətlə yayılır - XƏBƏRDARLIQ

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusunun yayılması nəticəsində 131 nəfər həyatını itirib, 513-dən çox şübhəli yoluxma halı qeydə alınıb. xəbər verir ki, bu barədə BBC məlumat yayıb. KDR hökumətinin sözçüsü bildiri

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama

İsti vannada cəmi 30 dəqiqə keçirmək qan təzyiqinin azalmasına və damarların genişlənməsinə kömək edə bilər. Yeni araşdırmada bu təsirin bəzi göstəricilər üzrə orta intensivlikli fiziki məşqlərdən daha güclü olduğu müəyyə

D vitamininin ən yaxşı növü: Bunu içməlisiniz

D vitamini bədənimizin düzgün işləməsi üçün lazım olan vacib qida maddələrindən biridir. Sağlam sümükləri, dişləri və əzələləri qorumaq üçün lazım olan fosfat və kalsium miqdarını tənzimləməyə kömək edir. Lazım olan D vitaminini

Bakını bürüyən uçan qarışqalar xəstəlik yayır?

Paytaxt ərazisində son günlər qanadlı qarışqaların sayında nəzərəçarpacaq artım müşahidə edilir. milliaz-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videolarda çoxlu sayda həşəratın xüsusilə işıq mənbələrini

Xərçəng xəstələri üçün yeni imkanlar: Görülən tədbirlər müalicə xərclərini azaldacaq

Xərçəng xəstəliyinin müalicəsinin dövlət tərəfindən daha geniş maliyyələşdirilməsi və onkoloji xəstələrə əlavə güzəştlərin tətbiqi son illərdə dünyada səhiyyə siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycand

Yayda çimməyin ölümcül riskləri barədə XƏBƏRDARLIQ

"İsti avqust sularında bakteriya və göbələklər sürətlə çoxalır. Qulaq kanalında qalan su isə infeksiyaların yaranması üçün əlverişli şərait yarada bilər". -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionis

Bu əməliyyat pulsuz edilə bilər - Sığorta ilə bağlı vacib açıqlama

Burun çəpərinin əyriliyi (septum deviasiyası) təkcə estetik deyil, həm də sağlamlıq baxımından ciddi narahatlıqlara səbəb olan problemlərdən biridir. Nəfəsalma çətinliyi, tez-tez təkrarlanan sinus iltihabları, xorultu v

Kimlərə qarğıdalı yemək olmaz?

Qarğıdalı güclü enerji mənbəyi olmaqla yanaşı, tərkibindəki lif, B və C vitaminləri, həmçinin kalium və maqnezium kimi minerallar sayəsində həzmi yaxşılaşdırır, ürək-damar sistemini qoruyur və göz sağlamlığını dəstəkləyir


azerbaycan xeberleri yeni xeberler son xeberler meherremlik 2026 cebheden xeberler cəbhədən son vəziyyət son xeberler bugun