Yay aylarında qida zəhərlənməsi riskləri artır: Ekspertdən vacib tövsiyələr

Yay aylarında qida zəhərlənməsi riskləri artır: Ekspertdən vacib tövsiyələrYay aylarında temperaturun artması ilə qida zəhərlənmələrinin sayı da yüksəlir.
Qida təhlükəsizliyi üzrə ekspert Fərid Səfərov KONKRET.az-a verdiyi açıqlamada bildirir ki, isti hava bakteriyaların sürətlə çoxalması üçün əlverişli şərait yaradır. Xüsusilə 25-45°C temperatur aralığında, ən çox da 37°C-də mikroorqanizmlərin fəaliyyəti artır ki, bu da bir sıra qidaların tez xarab olmasına və sağlamlıq üçün təhlükə yaratmasına səbəb olur.
Yay aylarında qida zəhərlənməsi riskləri artır: Ekspertdən vacib tövsiyələrEkspert qeyd edir ki, zəhərlənməyə yol açan əsas səbəblərdən biri "soyuq zəncirin qırılması"dır. Məsələn, soyuducuda saxlanmalı olan məhsullar — ət, süd məhsulları və hazır salatlar — daşınma və satış zamanı isti şəraitdə saxlanıldıqda bakteriyaların artması riski çoxalır. Əgər soyuducunun temperaturu 4°C-dən yuxarı qalxarsa, mikroblar aktivləşir.
Açıq havada uzun müddət saxlanılan və ya yeyilən qidalar da təhlükə mənbəyi ola bilər. Toy, piknik və digər tədbirlərdə süfrəyə qoyulan yeməklər saatlarla isti havada qalarsa, bakteriyaların çoxalması daha da sürətlənir. Xüsusilə mayonezli salatlar, kremli şirniyyatlar və çiy məhsullar bu baxımdan daha risklidir.
Fərid Səfərov yay aylarında ən çox zəhərlənməyə səbəb olan məhsulları belə sıralayır:
Süd və süd məhsulları
Ət, toyuq və balıq məhsulları
Mayonezli və yumurtalı salatlar
Kremlə və südlə hazırlanan şirniyyatlar
Küçə yeməkləri
Qida təhlükəsizliyini təmin etmək üçün ekspert aşağıdakı tövsiyələrə əməl etməyi vacib sayır:
Soyuq zənciri qoruyun.
Yeməklər otaq temperaturunda 2 saatdan çox saxlanmamalıdır.
Təzə bişmiş yeməyi tez soyudub, soyuducuya yerləşdirin.
Əllərinizi tez-tez yuyun.
Qatıq, ayran, dondurma və digər tez xarab olan məhsulları küçədən almayın.
Təkrar qızdırılan yeməklərə qarşı ehtiyatlı olun.
Aynurə İsmayıl
KONKRET.az

Sağlamlıq       Tarix: 13 iyun 2025
f Paylaş

Oxşar xəbərlər

Alzheimer və Parkinsondan qorunmağın yolu: Bir sadə hərəkətlə

Gündəlik fiziki hərəkətlərin beyin sağlamlığı üçün faydası gözləniləndən daha böyük ola bilər. Alimlər qarın əzələlərinin hərəkətinin beyində maye dövranını sürətləndirə və tullantıların xaric edilməsinə kömək edə biləcəyin

Güclü istilər gəlir - Ekoloqdan xəbərdarlıq

Yay fəsli Azərbaycana daxil olsa da, hava şəraitinin hələ də yazı və ya payızı xatırlatması, üstəlik yaxın günlər üçün yağış və dolu xəbərdarlıqlarının verilməsi diqqət çəkir. İqlim dəyişikliyi fonunda bu cür kəskin hav

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır

Gənc qalmağın sirri açıldı: Nə pul, nə də genetika – Həkimdən sensasion açıqlama

İnsanların gənc görünməsində genetikanın rolu gözlənildiyi qədər böyük deyil. Harvard Universitetinin 80 illik müşahidə və təcrübələrinin nəticələri bu məsələyə fərqli yanaşmağa əsas verir. xəbər verir ki, bu barədə həkim-farmakolo

Xərçəng xəstələri üçün yeni imkanlar: Görülən tədbirlər müalicə xərclərini azaldacaq

Xərçəng xəstəliyinin müalicəsinin dövlət tərəfindən daha geniş maliyyələşdirilməsi və onkoloji xəstələrə əlavə güzəştlərin tətbiqi son illərdə dünyada səhiyyə siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycand

Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test

Yaş artdıqca bədənimiz bir çox hərəkəti əvvəlkindən bir qədər yavaş yerinə yetirir: gündəlik gəzintilərimiz qısalır, dözümlülük azalır, beynimiz isə əvvəlki kimi iti olmur. Bu, insanların əksəriyyətinin yaşadığı ümumi prosesdir

Samuxda kütləvi zəhərlənmə

Samux rayonunda qidadan kütləvi zəhərlənmə hadisəsi baş verib. teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb. İlkin məlumata əsasən, zəhərlənmə əlamətləri ilə beş nəfər Gəncədə Abbas Səhhə

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. KONKRET.azxəbər verir ki, bu barədə -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ilk dəfə diaqnoz qoyula


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən video xeber az son xeberler bu gun xeberlər