Əgər uşağınızda bu vitamin çatışmazlığı varsa
Mütəxəssislər D vitamini çatışmazlığı ilə bağlı xəbərdarlıq ediblər. Türkiyəli uşaq sağlamlığı və xəstəlikləri mütəxəssisi Məsud Arslan D vitamini çatışmazlığının uşaqlarda sümük problemlərinə səbəb ola biləcəyini açıqlayıb.
KONKRET.az Medicina.az-a istinadən xəbər verir ki, D vitamini orqanizmin böyümə, inkişaf və immunitet sisteminin tənzimlənməsində mühüm rol oynayır. Lakin onun çatışmazlığı xüsusilə uşaqlarda müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər.
Doktor Arslan bildirib ki, D vitamini çatışmazlığı uşaqlarda raxit kimi xəstəliklərə yol aça bilər:
"Sümük sıxlığına mənfi təsir edərək böyümə və inkişafda geriləmələrə səbəb ola bilər. D vitamini günəş işığı ilə sintez edilən D3 forması olaraq bədəndə aktivləşir və qidalardan da əldə edilə bilər.
Somon, skumbriya, sardina, yumurta sarısı, süd və süd məhsulları kimi yağlı balıqlar D vitamininin zəngin qaynaqlarıdır. Bugünkü həyat şəraiti, qapalı məkanlarda daha çox vaxt keçirmək və qeyri-kafi qidalanma D vitamini çatışmazlığını artıran amillərdəndir. Bu çatışmazlıq təkcə uşaqlarda deyil, böyüklərdə də ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.
D vitamini çatışmazlığı tez-tez infeksiyalar, saç tökülməsi, sümük ağrısı, yorğunluq, depressiya və ürək xəstəlikləri kimi bir çox problemlər yaradır".
Mütəxəssis vurğulayıb ki, D vitamini əlavələrinin qəbulu da nəzarətdə saxlanılmalıdır:
"Yüksək miqdarda D vitamini böyrək xəstəliklərinə və damar problemlərinə səbəb ola bilər. Ona görə də D vitamini müalicəsini qəbul etməzdən əvvəl həkiminizlə məsləhətləşməli və uyğun müalicə dozası tətbiq edilməlidir".
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
Putin İlham Əliyevi Rusiyaya dəvət etdi
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Azərbaycanda bəzi kolleclər ləğv oluna bilər
İnsanların sizi sevmədiyini göstərən 7 gizli işarə
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Türkiyə heç yerə qoşun göndərməyəcək - Fidan