Ararat Mirzoyandan ŞOK AÇIQLAMA: "Sülh müqaviləsindən əvvəl bunu edə bilərik"
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkə parlamentində çıxışı zamanı maraqlı bəyanatla çıxış edərək, Azərbaycanla hələ sülh müqaviləsi imzalanmamışdan əvvəl "TRIPP" layihəsinin reallaşdırıla biləcəyini açıqlayıb.
KONKRET.az xəbər verir ki, parlamentdə deputatların suallarını cavablandıran Mirzoyan hər iki ölkə arasında sülh sazişinin artıq paraflandığını və nə Bakının, nə də İrəvanın sənədi şübhə altına aldığını xatırladıb.
Lakin onun sözlərinə görə, hər nə qədər əvvəlcə sülh müqaviləsinin imzalanması məntiqi görünsə də, "həyatın öz qaydaları var".
Erməni nazir hesab edir ki, sözügedən "Tramp Marşrutu"nun (TRIPP) icrasının məhz özü regionda sülhün möhkəmlənməsinə töhfə verə bilər.
Ekspertlər isə hesab edir ki, İrəvan rəhbərliyinin əsas sülh sənədinin imzalanmasını müxtəlif bəhanələrlə və nəqliyyat layihələri ilə əvəzləməyə çalışması vaxtı uzatmaq taktikasından başqa bir şey deyil.
Müşviq Tofiqoğlu
KONKRET.az

Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı
Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı
İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti