Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür - Dövlət Bağçalı

Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür - Dövlət BağçalıMHP sədri Dövlət Bağçalı Azərbaycan-Türkiyə qardaşlığının siyasi və diplomatik məsələlərdən daha dərin olduğunu bildirib.
KONKRET.azxəbər verir ki, o, Türkiyə Cümhuriyyətinin 103-cü, Türk respublikalarının müstəqilliyinin 35-ci ildönümü və Türk Dövlətləri Təşkilatının Ankara Zirvəsi münasibətilə yazılı açıqlama verib.
Dövlət Bağçalı Azərbaycan və Türkiyə arasındakı qardaşlığın iki xalqın iradəsi ilə gücləndiyini, ortaq mübarizə nəticəsində möhkəmləndiyini və nəsillər boyu yaşadıldığını qeyd edib: "Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq gündəlik hadisələrin çərçivəsinə sığmayacaq qədər köklü, siyasi və diplomatik məsələlərin fövqündə tarixi mahiyyət daşıyacaq qədər dərindir. Qardaşlığımız iki millətin iradəsi ilə güclənmiş, ortaq mübarizələrlə möhkəmlənmiş və nəsillər boyu yaşadılmışdır".
Bağçalı bildirib ki, eyni həssaslıq Türk dünyasının bütün qardaş dövlətləri üçün də keçərlidir: "Heç bir anlaşılmazlığın böyüdülməsinə, heç bir fikir ayrılığının daimi parçalanmaya çevrilməsinə, heç bir nifaq toxumunun aramıza səpilməsinə imkan verilməməlidir.
Qardaşlıq hüququ qarşılıqlı hörmət və ortaq gələcəyə inamla qorunur.
Bu səbəbdən Türk dünyasının hər bir üzvünün vəzifəsi tarixi yaxınlığımızı gündəlik mübahisələrdən üstün tutmaq, fərqliliklərimizi ayrılıq səbəbinə çevirməmək və gələcəyimizi zəiflədəcək addımlardan uzaq durmaqdır.
Unudulmamalıdır ki, Türk dünyasının gücü bir-birimizə duyduğumuz etimadda, müstəqilliyimizə göstərdiyimiz hörmətdə, mədəni dərinliyimizdə və ortaq hədəflərimiz ətrafında nümayiş etdirdiyimiz iradədə gizlidir".
MHP sədri Türk dünyasının gücünün qarşılıqlı etimadda, müstəqilliyə hörmətdə, mədəni zənginlikdə və ortaq məqsədlər ətrafında birliyin qorunmasında olduğunu bildirib.

Siyasi       Tarix: 28 oktyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir

Türk dünyasının birliyi hər hansı bir dövlətin digərinin üzərində hakimiyyət qurması mənasına gəlmir və Azərbaycanla Türkiyə arasındakı qardaşlıq tarixi bir mahiyyət daşıyacaq qədər dərindir. xəbər verir ki, bu barədə Türkiyəni

Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb

Azərbaycanın Qazaxıstandakı səfirliyi bu ölkədə keçirilən güləş üzrə dünya çempionatında finala vəsiqə qazanan idmançılarımıza uğurlar arzulayıb. xəbər verir ki, bu barədə Azərbaycanın Qazaxıstandakı səfirliyinin "X"

Vatican News'un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

Vatikanın informasiya agentliyi olan "Vatican News"da erməni mənbələrinə əsaslanan yanlış məlumatların yayılmasının qarşısı alına bilər. Müqəddəs Taxt-Tac adından Dinlərarası Dialoq üzrə Dikasteriyanın prefekt

Azərbaycan və Avstriya XİN-ləri arasında siyasi məsləhətləşmələr noyabrda Bakıda keçiriləcək

Azərbaycan və Avstriya xarici işlər nazirlikləri (XİN) arasında siyasi məsləhətləşmələrin növbəti raundu 2026-cı ilin noyabrında Bakıda keçiriləcək. xəbər verir ki, bunu azərbaycanlı diplomat Nərgiz Qurbanova Avstriyanı

Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb

Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının Toxumçular Birliyinin (ECOSA) Daşkənddə keçirilən konqresinə qatılıb. xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfiri Rəşad Məmmədov "X" sosial şəbəkə hesabınd

Tokayev Türkiyəyə gedir

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə oktyabrın 28-30-da bu ölkəyə rəsmi səfər edəcək. xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat katibi Aybek Smadiyaro

Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür - Dövlət Bağçalı

MHP sədri Dövlət Bağçalı Azərbaycan-Türkiyə qardaşlığının siyasi və diplomatik məsələlərdən daha dərin olduğunu bildirib. KONKRET.azxəbər verir ki, o, Türkiyə Cümhuriyyətinin 103-cü, Türk respublikalarının müstəqilliyini

Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib

Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar Bakıdakı tarixi Atəşgah məbədini ziyarət edib. xəbər verir ki, Cayşankar bu barədə "X" sosial şəbəkəsində paylaşım edib. "Bakıdakı tarixi Atəşgah od məbədin

İsrail 27 oktyabr seçkilərinə qədər İrana hücum etməyəcək

İsrail 27 oktyabra təyin olunmuş parlament seçkilərindən əvvəl İrana hücum etməyi planlaşdırmır. KONKRET.azxəbər verir ki, bBu barədə İsrailin müdafiə naziri İsrael Katz bildirib. Katz X-də yazıb: "Birmənalı şəkild


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən xəbərlər idman xeberleri son xeberler bu gun cəbhədən son məlumat