"Aronyan, gəlin susmayaq" - Teymurdan sərt cavab

Azərbaycan qrossmeysteri Teymur Rəcəbov erməni şahmatçı Levon Aronyanın "iddiaları"na cavab verib.
KONKRET.az xəbər verir ki, Rəcəbov facebook hesabında cavabı ilə rəqibini məğlub edib:
"Şahmat strategiya və zəka dünyasıdır, burada hər bir hərəkət dərin düşüncə və diqqətli təhlil tələb edir. Bu oyunda manipulyasiyaya və yalana yer yoxdur. Bizə dürüstlüyü və ədaləti öyrədir. Qrossmeysterlər yüksək şahmat titullarının sahibləri kimi bu maraqlı oyunun ruhunu mənimsəmişlər və təkcə lövhədə deyil, həm də ifadələrində dürüstlük nümayiş etdirməyə borcludurlar.
Amma təəssüf ki, erməni şahmatçı, üçqat olimpiya çempionu Levon Aronyanla bağlı belə deyil.
Yadımdadır, 44 günlük İkinci Qarabağ Müharibəsi zamanı Aronyan "əlinə silah alıb müharibəyə getməyə hazır olduğunu" demişdi.
Bəs riyazi təfəkkürə malik olan Aronyan fikirləşdimi ki, bu bəyanatı ilə əslində Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını dəstəkləyib, Xankəndindəki separatçıları ruhlandırıb və bununla da regionda vəziyyətin daha da gərginləşməsinə öz töhfəsini verib?
Şahmat mədəni, dini və siyasi fərqlərindən asılı olmayaraq dünyanın hər yerindən insanları birləşdirir. Bu oyun sülhün və diplomatiyanın simvoluna çevrilib, burada hətta Soyuq Müharibə dövründə də şahmatçılar sülhün vasitəçisi və simvolu olublar.
Əsrlər boyu ermənilərlə azərbaycanlılar yan-yana, mehriban qonşuluq şəraitində yaşamış, birgə çalışmış, sevinmiş, kədərlənmişlər. Lakin 90-cı illərdə erməni şovinizmi, separatizm Azərbaycan vətəndaşları olan Qarabağ ermənilərinin beynini zəbt etdi".
Teymur Rəcəbov Aronyana ermənilərin illərdir, xalqımıza etdiklərini xatırladıb:
"44 günlük İkinci Qarabağ Müharibəsindən sonra isə Azərbaycan Silahlı Qüvvələri 30 ilə yaxın erməni işğalı altında olan rayonlarımızı azad etdi və Ermənistanı təslim olmağa, həmçinin tam məğlubiyyətini etiraf etməyə məcbur etdi. Levon Aronyan susdu.
Azərbaycan əsgərləri yerlə-yeksan edilmiş kəndləri, rayon mərkəzlərini, qəsəbələri, şəhərləri – bütün evlərin, tikililərin xarabalıq qalasına çevrildiyini göstərəndə o, susdu. Aronyan Qafqazın Xirosiması – erməni işğalçıları tərəfindən yer üzündən silinmiş Ağdam şəhəri haqqında heç nə deməyib. Dağıdılan və ya tövləyə çevrilən məscid və ibadət evləri haqqında da həmçinin. On minlərlə azərbaycanlı vəhşicəsinə işgəncələrə məruz qalıb, öldürülüb. Ermənistanın, erməni işğalçılarının və separatçı quldur dəstələrinin ölkəmizə gətirdiyi misilsiz müsibətlər haqqında da susdu. Yox, o, inadla susdu. İndi danışdı.
O, "Facebook" profilində erməni təbliğatının və dezinformasiyasının sözlərini sözbəsöz təkrar edərək, Azərbaycana qarşı ittihamlar səsləndirib. İddia edir ki, Qarabağ erməniləri "blokadadır, onların nə yeməkləri, nə də dərmanları var".
Ağdam-Xankəndi yolu işləyəndə, keçid məntəqəsi işlək vəziyyətdə olanda, hər iki istiqamətdə hərəkət edən yüklərə baxış keçirilərkən hansı "blokada"dan söhbət gedir. Məhz Azərbaycanın səyi ilə həm Ağdam-Xankəndi, həm də Laçın-Xankəndi yolları fəaliyyətə başladı. Qarabağ həm dünya ictimaiyyəti, həm də son vaxtlar Ermənistan tərəfindən tanınan Azərbaycanın beynəlxalq səviyyədə tanınan torpağıdır. Orada yaşayan ermənilər isə Azərbaycana inteqrasiya etməlidirlər.
"Oyanaq, insanlar. Biz susqunluğumuzla bəşəriyyətin əsrlər boyu utanacağı bir şeyin baş verməsinə icazə verə bilmərik. Biz nəslimizə baş verənlər haqqında danışmağı və bu biabırçı vəziyyəti dəyişdirə biləcək insanlara çatmağa borcluyuq", – deyə Levon Aronyan yazır.
Mən tamamilə razıyam, Aronyan – gəlin susmayaq, gəlin Ermənistanın Xocalıda Azərbaycan xalqına qarşı həyata keçirdiyi əsl soyqırımdan danışaq.
Günahsız və silahsız insanların qətlə yetirilməsindən, qocaların güllələnməsindən, süngüyə sancılan körpələrdən, hamilə qadınların diri-diri yandırılmasından, uşaqların döyülərək öldürülməsindən, dağıdılan şəhər və kəndlərdən, dağıdılmış daş-kəsmələrdən. Hələ uzun illər təmizləməli olduğumuz minalanmış sahələr haqqında.
Gəlin səmimi olaq. Qrossmeysterin dürüstlüyü təkcə etik standart deyil, həm də şahmat ictimaiyyətinin və bütövlükdə cəmiyyətin hörmət və etibarının açarıdır. Hər bir yalançı bəyanat şahmatçının etibarını sarsıdır və bütün şahmat dünyasının reputasiyasına xələl gətirir.
Və unutmayın ki, qrossmeysterlər öz söz və hərəkətlərinə görə məsuliyyət daşıyırlar və yüksək dürüstlük standartlarına riayət etməlidirlər".
Qeyd edək ki, Levon Aronyan feysbuk hesabında Qarabağ ermənilərinin guya "blokada"da olması ilə bağlı paylaşım edib.

İdman       Tarix: 19 sentyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Abu-Dabidə qalmaqal: Usman Nurmaqomedov Merab Dvalişvilinin üzərinə hücum edib

Rusiyalı MMA döyüşçüsü Usman Nurmaqomedov Abu-Dabidə gürcüstanlı idmançı, UFC-nin keçmiş çempionu Merab Dvalişvili ilə insident yaşayıb. KONKRET.azxəbər verir ki, tərəflər arasında dava noyabrın 11-də otellərdən birinin foyesind

Arsen Venger FIFA prezidenti ola bilər

"Arsenal"ın sabiq baş məşqçisi Arsen Venger FIFA prezidenti postuna namizəd olmaq ehtimalını nəzərdən keçirir. -a istinadən xəbər verir ki, hazırda FIFA-da Qlobal Futbol İnkişafı üzrə rəhbər vəzifəsində çalışa

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı

Misli Premyer Liqasında 11-ci tur davam edir. . xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçiriləcək. "Şəfa" "Araz-Naxçıvan"la, "Zirə" isə "Qəbələ" ilə üz-üzə gələcək. Qey

PSJ-dən Arda Gülerə üçqat maaş təklifi

PSJ heyətini gücləndirmək üçün "Real"ın yarımmüdafiəçisi Arda Güleri transfer etməyi planlaşdırır. xəbər verir ki, bu barədə "El Nacional" məlumat yayıb. Bildirilir ki, Paris klubu 21 yaşlı futbolçuy

Batrakovun transfer qiyməti açıqlandı

"Qalatasaray"ın heyətinə qatdığı rusiyalı futbolçu Aleksey Batrakovun mümkün transferi ilə bağlı diqqətçəkən məqam ortaya çıxıb. -a istinadla xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçinin meneceri Vladimir Kuzmiçe

Millətlər Liqası: Türkiyə Belçikaya qarşı

Bu gün UEFA Millətlər Liqasında qrup mərhələsinin növbəti oyunları keçiriləcək. KONKRET.azxəbər verir ki, oyun günündə 8 qarşılaşma baş tutacaq. UEFA Millətlər Liqası. A Liqası, I qrup. 21:00. Türkiyə – Belçika;. 23:45. İtaliy

"Qalatasaray"ın vitse-prezidenti istefa verdi

"Qalatasaray" klubunun vitse-prezidenti Metin Öztürk vəzifəsindən istefa verib. -a istinadla xəbər verir ki, klub rəsmisi bu barədə X sosial şəbəkəsindəki hesabında paylaşım edib. Öztürk oktyabrın 27-də keçirilə

"Qalatasaray" "Ştutqart"ı Batrakovun dublu ilə məğlub etdi

UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyunları çərçivəsində "Qalatasaray" (Türkiyə) evdə "Ştutqart"ı (Almaniya) qəbul edib. KONKRET.azxəbər verir ki, İstanbulda keçirilən matç ev sahiblərini

Böyük futbol Xankəndidə - Tarix rəsmən açıqlandı

Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı məlumdur. KONKRET. -a istinadla xəbər verir ki, Peşəkar Futbol Liqasının qərarına əsasən noyabr ayının 19-da 1-ci Liqanın 8-ci turu çərçivəsind


son xeberler yeni xeberler azerbaycan xeberleri xeberler krimnal xeber son xabar cəbhədən son görüntülər