""Artsax"ı taleyin mərhəmətinə buraxmaq öz xalqına qarşı düşmənçilikdir" - Abramyan
"Ermənistan öz siyasi kursu ilə nə qədər imkan verirsə, Azərbaycan da o qədər hərəkət edir".
KONKRET.az xəbər verir ki, bunu "Şərəfim var" fraksiyasının katibi Tiqran Abramyan deyib.
"Aydındır ki, beynəlxalq faktorların Azərbaycana təsir imkanları var, lakin Ermənistan hakimiyyəti onlarla ardıcıl işləmir. Bu məsələdə Ermənistan hakimiyyətinin üzərinə böyük məsuliyyət düşür", – erməni deputat qeyd edib.
Onun sözlərinə görə, bu vəziyyət təəccüblü deyil, çünki hakimiyyət açıq mətnlə "artsax"a yalnız sosial-iqtisadi və humanitar məsələlərlə bağlı yardım etməyə hazır olduqlarını bildirir. Amma problemin siyasi və hərbi yolla həlli də hakimiyyət orqanlarının səlahiyyətindədir.
"Bu çətin vəziyyətdə "artsax"ı taleyin mərhəmətinə buraxmaq öz xalqına qarşı düşmənçilikdən başqa bir şey deyil", – Tiqran Abramyan bildirib.
Onun sözlərinə görə, "artsax"da yaşayan ermənilərin Ermənistana ehtiyacı var, çünki rəsmi İrəvanın birbaşa müdaxiləsi olmadan onların vəziyyəti ağır olacaq və bizim onları bu ağır vəziyyətdə qoymağa haqqımız yoxdur.
"Ermənistanda yaşayan hər bir şəxs bilməlidir ki, sabah özü, ailə üzvləri və qohumları belə vəziyyətə düşə bilər", – deyə müxalifətçi deputat bildirib.
Günel Mikayılova,
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi
Azərbaycanda Dövlət Bayrağı Günüdür