ASA: "Sədərək"dəki yanğınla bağlı sığorta şirkətlərinə müraciət edən olmayıb
Bakının Qaradağ rayonundakı "Sədərək" ticarət mərkəzinin icarəyə verdiyi anbarda baş verən şiddətli yanğınla əlaqədar ölkədəki 10 qeyri-həyat sığortası şirkətinə sorğu ünvanlanıb.
Bu barədə azxeber.com-un sorğusuna cavab olaraq "Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyindən bildirilib.
Məlumata görə, bu günə qədər yanğınla bağlı sığorta şirkətlərinə əmlak sahiblərindən hər hansı müraciət daxil olmayıb.
"Bu kimi hadisələrin nəticəsində yaranan zərərlər daşınmaz əmlakın icbari sığortası, əmlakın yanğından və digər risklərdən könüllü sığortası, həmçinin daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası məhsulları vasitəsilə əvvəlcədən təminat altına alına bilər.
Xüsusilə iri ticarət obyektlərində yanğın təhlükəsizliyi qaydalarına riayət olunmalı, qarşısıalınma tədbirləri görülməli və mümkün risklərin azaldılması üçün preventiv addımlar atılmalıdır", - deyə məlumatda qeyd olunub.

ABŞ-la danışıqlarda geri çəkilməyəcəyik - Tehran
ABŞ-də festival qanla bitdi - 3 nəfər öldü
Konfrans Liqasının oyunu azərbaycanlı hakimə tapşırıldı
Arda bu oyunçuya görə "Real"dan ayrıla bilər
"Əgər buna imkan versək, Türkiyə də bunu istəyəcək" - Yair Lapid
Zaxarova: KTMT-nin Qarabağ münaqişəsinə qoşulması mümkün deyildi
Ukrayna Kerçə zərbə endirdi: yaralılar var
Çaya tullanan gənc faciəvi şəkildə ÖLDÜ
Abşeronda binada partlayış: Sakinlər təxliyə edilir
ÇL: "Sabah"ın çətin Finlandiya səfəri
Emmanuel Addaininin yeni klubu bəlli oldu
Daşkəsəndə "Niva" aşdı - Xəsarət alan var
Süni intellektin köməyi ilə zəhər hazırladı, valideynlərini öldürmək istədi - ABŞ-da dəhşətli olay
İcazəsiz bazadan qaçdı, futbolçuları təhqir etdi