Dollarla bağlı gözlənilməz ssenari – yerini bu valyutalar tuta bilər

Dollarla bağlı gözlənilməz ssenari – yerini bu valyutalar tuta bilərABŞ Prezidenti Donald Trampın son aylarda atdığı addımların dolların qlobal valyuta kimi mövqeyinə zərbə vuracağı deyilir. Ekspertlər düşünürlər ki, Vaşinqtonun dünya ticarətində getdikcə daha çox məhdudiyyət tətbiq etməsi, yeni müharibələr ölkələri alternativ valyutalara yönəldir və bunun nəticəsində dolların üstünlük dairəsi daralır. Bildirilir ki, dollar artıq təkcə maliyyə vasitəsi deyil, ABŞ tərəfindən siyasi təzyiq aləti kimi istifadə olunur.
Trampın son addımları dollara nə vəd edir?
KONKRET.azxəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Elçin Rəşidov deyib ki, ABŞ liderinin son dövrlərdə həyata keçirdiyi siyasət uzunmüddətli perspektivdə dolların qlobal üstünlüyünü müəyyən qədər zəiflədə bilər:
"Ancaq bu, dolların yaxın illərdə beynəlxalq ticarətin əsas valyutası statusunu itirəcəyi anlamına gəlmir. Hesab edirəm ki, ən azı yaxın bir neçə ildə dollar bu mövqeyini əsasən qoruyub saxlayacaq. Yəni dolların mövqeyi birdən-birə deyil, yalnız tədricən zəifləyə bilər. Bunun əsas səbəblərindən biri Trampın tətbiq etdiyi tariflər və proteksionist siyasətdir. Bu, qlobal ticarətin həcmini, ölkələr arasında qarşılıqlı iqtisadi əlaqələri zəiflədir. Nəticədə bəzi dövlətlər beynəlxalq hesablaşmalarda dollar əvəzinə avro, yuan, rubl və digər alternativ valyutalardan istifadə etməyə başlayırlar. Ancaq bu proses çox ehtiyatla gedir. Çünki dollar təkcə iqtisadi deyil, həm də siyasi təsir vasitəsidir. ABŞ uzun illərdir sanksiyalar və digər iqtisadi təzyiq mexanizmləri vasitəsilə dolların beynəlxalq mövqeyini qoruyub saxlayır. Buna görə də bir çox ölkələr alternativ ödəniş vasitələrinə keçid məsələsində tələsmirlər. Xüsusilə enerji daşıyıcılarının – neft və qazın beynəlxalq ticarətində hesablaşmaların böyük hissəsi hələ də dollarla aparılır. Əks halda, ölkələr ABŞ-la münasibətlərdə əlavə iqtisadi və siyasi risklərlə üzləşə bilərlər".
İqtisadçı bildirib ki, digər mühüm amil isə ABŞ iqtisadiyyatının miqyasıdır:
"ABŞ bazarı dünyanın ən böyük bazarlarından biridir və dövlət istiqrazları qlobal maliyyə bazarlarında ən çox istifadə olunan investisiya alətlərindən hesab olunur. Bu istiqrazların dollarla denominasiya edilməsi də dünya üzrə dollara olan tələbi yüksək səviyyədə saxlayır. Məhz buna görə dollar hələ də beynəlxalq ticarətin əsas valyutası olaraq qalır. Trampın siyasəti beynəlxalq ticarətin həcmini, xüsusilə də ABŞ-la aparılan ticarəti müəyyən qədər zəiflədə bilər. Buna baxmayaraq, ABŞ-ın qlobal iqtisadiyyatda payı hələ də kifayət qədər böyükdür. Bundan başqa, bir sıra ölkələrin milli valyutaları dollarla sıx bağlıdır. Məsələn, Azərbaycan manatının məzənnəsi uzun illərdir ABŞ dollarına bağlanıb. Bu da dolların beynəlxalq rolunu daha da gücləndirir və onun istifadə coğrafiyasını genişləndirir. Ona görə də hesab edirəm ki, qısa müddətli perspektivdə, yəni təxminən qarşıdakı üç il ərzində dolların mövqeyinin ciddi şəkildə zəifləməsi gözlənilmir. Lakin orta və uzunmüddətli dövrdə vəziyyət ABŞ-ın gələcək iqtisadi siyasətindən, beynəlxalq ticarətin inkişaf istiqamətindən və digər ölkələrin alternativ maliyyə sistemlərini nə dərəcədə genişləndirə bilməsindən asılı olacaq".
Ekspertin sözlərinə görə, mövcud siyasət uzun müddət davam etsə, dolların beynəlxalq ticarətdə, valyuta ehtiyatlarında və investisiya portfellərində payı tədricən azala bilər:
"Məsələn, bir çox ölkələrin suveren fondları, o cümlədən Azərbaycanın Dövlət Neft Fondunun aktivlərinin əhəmiyyətli hissəsi dollarla denominasiya olunmuş maliyyə alətlərində saxlanılır. Gələcəkdə bu struktur müəyyən qədər dəyişə bilər. Uzunmüddətli perspektivdə isə daha böyük dəyişikliklər istisna deyil. Yeni maliyyə texnologiyaları, rəqəmsal ödəniş sistemləri və beynəlxalq rəqəmsal valyutalar meydana çıxa bilər. Belə bir ssenaridə təkcə dolların yox, ümumilikdə ənənəvi milli valyutaların beynəlxalq hesablaşmalardakı rolunun da əhəmiyyətli dərəcədə dəyişməsi və ya qismən əvəz olunması mümkündür".

Sosial       Tarix: 29 iyul 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərləri davam edir

Diplomatik korpusun nümayəndələri Qarabağ və Şərqi Zəngəzura səfərləri davam edir. xəbər verir ki, diplomatlar səfər çərçivəsində bu gün Ağdərə və Kəlbəcərdə olacaqlar. Qeyd edək ki, sentyabrın 11-də Azərbaycanda akkredit

Tələbəni xaric etmək doğru deyil' - Deputat ADMİU-dakı qalmaqaldan danışdı

Milli Məclisin deputatı Ceyhun Məmmədov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) birinci kurs tələbələrini hədələdiyi bildirilən tələbənin universitetdən xaric edilməsi qərarına münasibət bildirib

Beş dövlət Xəzər dənizi ilə bağlı yeni qərar verdi

Rusiya, Qazaxıstan, Azərbaycan, İran və Türkmənistandan ibarət Xəzəryanı dövlətlər Xəzər dənizinin su bioresurslarına dair ortaq məlumat bazası yarada bilərlər. Bu barədə Rusiya Balıqçılıq Agentliyi (Rosrıbolovstvo) məluma

Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat - FOTO

"Bakı Metropoliteni" QSC-nin Maliyyə departamentinə yeni rəis müavini təyin edilib. " "a istinadən xəbər verir ki, bununla QSC sədri Vüsal Aslanov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Rəşad Əliyev QSC-ni

Mingəçevirdə binada yanğın olub, zəhərlənənlər var

Mingəçevir şəhərində keçmiş məcburi köçkünlərin kompakt məskunlaşdığı çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Hadisə 11 saylı binada qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafiz

Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı

Küçədə yaşayan heyvanların sahibsiz olması onların hüquqsuz olduğu anlamına gəlmir. Heyvana ağrı və əzab vermək, onu döymək və ya döyüşdürmək qanunvericiliklə inzibati məsuliyyət yaradan əməllər sırasındadır. Azərbaycan Respublikasını

Bu günün valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb. xəbər verir ki, sentyabrın 18-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,700 manat təşkil edib. Türkiyə lirəsi 0,0348 manatadək, Rusiyanın 100 rublu 2,013

Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı

Bağça müəllimlərinin sertifikasiyası bu il noyabrda olacaq. . xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov İTV-nin "Pressinq" verilişində jurnalistlərin sualların

Elm ocağı ikinci evdirsə, səhv edən tələbəyə niyə qapı göstərildi? - Şahanə Ziyad yazır

Barmağımızın biri zədələnəndə onu kəsib atırıq, yoxsa müalicə edib sağaltmağa çalışırıq? Övladımız səhv bir hərəkət edəndə onu övladlıqdan silirik, yoxsa səhvini başa salıb düzgün yola gətirməyə çalışırıq?. Əslində, həyatı


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən xəbərlər bugun xeberler sonxəbər butun xeberler