"Asan qollar buraxmağımız məni narahat edir" - Baş məşqçi
"Asan qollar buraxmağımız məni narahat edir. Bunu yavaş-yavaş düzəltməliyik".
KONKRET.az xəbər verir ki, bunu "Səbail"in baş məşqçisi Şahin Diniyev evdə "Qəbələ" ilə 2:2 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXIV tur oyunundan sonra mətbuat konfransında deyib.
57 yaşlı mütəxəssis matçın sürətli və qarşılıqlı hücumlar şəraitində keçdiyini bildiirb: "Mənə elə gəlir ki, azarkeşlər üçün də maraqlı görüş alındı. Hər iki komanda qalib gəlmək istəyirdi. Amma biz qələbəyə bir qədər yaxın idik. İstənilən halda lider komandalardan birinə qarşı bu cür oynamaq mənim üçün xoşdur. Şadam ki, hər həftə artırır, daha yaxşı çıxış etməyə çalışırıq. Yeni transferlər də onlardan gözlədiyimizi verə bilirlər. Fiziki hazırlıqla bağlı müəyyən çatışmazlıqlar olsa da, meydançanın hər qarışı uğrunda vuruşdular".
O, qarşılaşmanın əvvəlində zədələnərək yerini Mirabdulla Abbasova verən Franko Mazurekin durumuna da toxunub: "Bu gün ilk dəfə romb şəklində, hücumçusuz oynamaq istəyirdik. Bir həftə bunun üstündə işləmişdik. Məqsədimiz iki pleymeykerlə mübarizə aparmaq idi. Lakin Mazurekin zədələnməsi planımızı pozdu. Onu itirmək çox pis oldu. Bu gün MRT müayinəsindən sonra həkimlər bizə məlumat verəcəklər. Onun oynaması bizim üçün olduqca önəmlidir. Ümid edirəm ki, zədəsi uzunmüddətli deyil. Çünki burxulma var. Fikrimcə, növbəti oyuna kimi hazır olar. Amma MRT müayinəsindən sonra daha dəqiq bilinəcək". Report

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi