ASGA Minsk şəhərində 'Azərbaycan-Belarus Gənclər Forumu'nu reallaşdırdı - FOTOLAR

ASGA Minsk şəhərində 'Azərbaycan-Belarus Gənclər Forumu'nu reallaşdırdı - FOTOLARAzərbaycan-Slavyan Gəncləri Assosiasiyası Minsk şəhərinə, BRSM Konfrans zalında Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Azərbaycan-Belarus Gənclər Forumu" layihəsi çərçivəsində ilk tədbirini reallaşdırıb.
Forumdan öncə BRSM-nın çoxsahəli  fəaliyyəti ilə bağlı ekskursiya təşkil edilib. Forumu giriş sözü ilə BRSM rəhbəri, Belarus Parlamentinin deputatı Lukyanov Aleksandr Sergeyeviç açaraq Belarus-Azərbaycan əlaqələrindən, gənclərlə bağlı həyata keçirilən layihələrdən danışıb.
Daha sonra ASGA sədri Səbuhi Abbasov çıxış edərək Forumun hər iki ölkə gəncliyi üçün faydalı olacağını dedi: "Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyi gəncıərin beynəlxalq əməkdaşlığı istiqamətinə hər zaman xüsusi diqqət ayırıb. Bu mənada bu gün reallaşan forumun Bakıda davam etməsini vacib hesab edirik. Forum hər iki ölkə gəncliyi üçün yeni bir platforma rolunu oynayacaqdır."
Forumda məruzə ilə çıxış edən "İslahatçı Gənclər" İB-nin sədri Fərid Şahbazlı hər iki ölkə liderinin sıx, səmimi dostluq əlaqələrinin ölkələrimiz arasında münasibətlərə ciddi tövhə verdiyini bildirdi. F.Şahbazlı qeyd etdi ki, Belarusun 44 Günlük Vətən müharibəsi dövründə Azərbaycana verdiyi dəstəyi xalqımız hər zaman hörmətlə xatırlayır.
Daha sonra Azərbaycan Mətbuat Şirasının İH-nin üzvü, "azxeber.com" saytının baş redaktoru Hacıbəy Heydərli çıxış edərək hər iki ölkə gənclərinin media sahəsində əməkdaşlığının vacib oıduğunu dedi.
MDU-nun müəllimi, fəlsəfə doktoru, gənc alim Müşfiq Hüseynov çıxış edərək Belarus və Azərbaycan gənclərinin elm sahəsində əməkdaşlığının perspektivlərindən danışdı.
Daha sonra Belarus Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının 3-cü kurs tələbəsi Kozloviç Stefania Andreevna, "Belarus Dövlət Mədəniyyət və İncəsənət Universiteti" təhsil müəssisəsinin tələbəsi Trikoza Ekaterina Vladislavovna, "BRSM" ictimai təşkilatı MK-nın təşkilati-kadr, hüquq işi və beynəlxalq əməkdaşlıq şöbəsinin beynəlxalq əməkdaşlıq sektorunun baş mütəxəssisi Qrişenko Zlata Vladimirovna, Belarus Respublikası Milli Məclisi Respublika Şurasının üzvü Lukyanov Aleksandr Sergeyeviçin köməkçisi Qrinçik Mixail Anatolyeviç çıxış edərək Azərbaycan-Belarus əlaqələrindən, Forumun əhəmiyyətindən danışdılar.
Sonra Forum iştirakçılarına sertifikatlar, suvenirlər və geyim hədiyyələri təqdim edildi.
ASGA Minsk şəhərində 'Azərbaycan-Belarus Gənclər Forumu'nu reallaşdırdı - FOTOLARASGA Minsk şəhərində 'Azərbaycan-Belarus Gənclər Forumu'nu reallaşdırdı - FOTOLARASGA Minsk şəhərində 'Azərbaycan-Belarus Gənclər Forumu'nu reallaşdırdı - FOTOLARASGA Minsk şəhərində 'Azərbaycan-Belarus Gənclər Forumu'nu reallaşdırdı - FOTOLARASGA Minsk şəhərində 'Azərbaycan-Belarus Gənclər Forumu'nu reallaşdırdı - FOTOLARASGA Minsk şəhərində 'Azərbaycan-Belarus Gənclər Forumu'nu reallaşdırdı - FOTOLARASGA Minsk şəhərində 'Azərbaycan-Belarus Gənclər Forumu'nu reallaşdırdı - FOTOLARASGA Minsk şəhərində 'Azərbaycan-Belarus Gənclər Forumu'nu reallaşdırdı - FOTOLAR

Sosial       Tarix: 20 iyun 2025
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Bir tələbənin illik təhsili ailəyə neçəyə başa gəlir? – Rəqəmlər açıqlandı

"Universitetlərdə təhsil haqlarının məbləği bir sıra amillərdən asılı olaraq dəyişir. Burada ali məktəbin beynəlxalq reytinqlərdəki mövqeyi, təhsilin keyfiyyəti, müəllim heyətinin səviyyəsi, beynəlxalq əlaqələri və universiteti

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Azərbacanda bu şəxslərə iki və üç otaqlı mənzillər veriləcək

Ağstafa rayonunda şəhid ailələri və əlilliyi olan şəxslərin mənzillə təmin olunması üçün 9 mənzil alınması nəzərdə tutulur. -ə istinadən xəbər verir ki, Sosial Xidmətlər Agentliyi tərəfindən bu məqsədlə 66 min manat vəsai

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki


azerbaycan xeberleri son xeberler yeni xeberler kriminal xeber en sonxeber xabarlar cebheden xeber