Astarada anasını öldürən şəxs: "Ondan yemək istədim, kinayəli cavab verdi..."

Astarada anasını öldürən şəxs: Astarada anasını qətlə yetirməkdə təqsirləndirilən Murad Kazımzadənin cinayət işinin bəzi detalları məlum olub.
KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, hakim Ənnağı Məmmədlinin sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.
İttiham aktına əsasən, hadisə 22 avqust 2025-ci il tarixdə Astara rayonu ərazisində baş verib.
Belə ki, həmin gün narkotik vasitə və psixotrop maddələrin təsiri altında olan Murad Kazımzadə yaşadığı evin mətbəxində anası Məhəbbət Qasımova ilə birlikdə olub. Təqsirləndirilən şəxs son dövrlər anasının ona qarşı laqeyd münasibət göstərdiyini, onu övladı kimi qəbul etmədiyini, qayğısına qalmadığını düşündüyü üçün qadına münasibətlərinin gərginləşdiyini bildirib.
Hadisə günü ailə üzvləri günorta yeməyinə hazırlaşarkən Muradla anası arasında növbəti mübahisə yaranıb. Mətbəxdə təqsirləndirilən şəxsin nənəsi və babası da olub. Murad yemək istədiyini bildirsə də, Məhəbbət Qasımovanın buna kinayəli cavab verdiyini düşünərək əsəbiləşib. Daha sonra mətbəxdə olan bıçağı götürərək anasına ardıcıl zərbələr endirib.
İstintaq materiallarına görə, Murad anasına sinə nahiyəsindən üç dəfə bıçaq zərbəsi vurub. Nəticədə zərərçəkmiş şəxsə ürək, ürək kisəsi və sol ağciyərin zədələnməsi ilə müşayiət olunan ağır xəsarətlər yetirilib. Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, həmin xəsarətlər güclü daxili və xarici qanaxmaya səbəb olub və zərərçəkmiş şəxsin ölümünə gətirib çıxarıb.
İttihamda qeyd olunur ki, hadisə anı Məhəbbət Qasımovanın valideynləri – təqsirləndirilən şəxsin babası və nənəsi də mətbəxdə olublar və baş verənləri görüblər. İstintaq hesab edir ki, təqsirləndirilən şəxs anasına yaxın qohumlarının gözü qarşısında xüsusi qəddarlıq nümayiş etdirməklə hücum edib və ona xüsusi əzab verib.
Hadisədən dərhal sonra Murad əvvəlcə hadisə yerindən qaçmağa cəhd göstərib. O, evdən çıxaraq gizlənmək məqsədilə qamışlıq əraziyə gedib, daha sonra qohumlarının yaşadığı evə baş çəkib. Sonradan polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Məhkəmə iclasında Murad Kazımzadə ona Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cü maddələri ilə verilmiş ittiham üzrə özünü təqsirli bilib. O, məhkəmədə ifadə verməkdən imtina etsə də, ibtidai istintaq zamanı verdiyi ifadələr elan olunaraq tədqiq edilib.
İstintaq zamanı verdiyi ifadəsində təqsirləndirilən şəxs bildirib ki, Məhəbbət Qasımova ilə münasibətləri uzun müddətdir gərgin olub. Onun sözlərinə görə, anası ona qarşı laqeyd davranır, qayğı göstərmir və tez-tez kinayəli ifadələr işlədirdi. Hadisə günü də anasının növbəti dəfə ona qarşı istehzalı münasibət göstərməsi onda qəzəb yaradıb və nəticədə əlində olan bıçaqla ona zərbələr endirib.
Murad hadisədən sonra bir müddət anasına kömək etmək istədiyini, lakin daha sonra fikrindən daşınaraq qaçdığını bildirib. O, sonradan polis tərəfindən saxlanıldığını və törətdiyi əmələ görə məsuliyyətə cəlb olunduğunu qeyd edib.
Məhkəmədə ifadəsi elan olunduqdan sonra sualları cavablandıran Murad ibtidai istintaq zamanı verdiyi ifadələrin onun sözləri ilə yazıldığını təsdiqləyib. O, hadisədən təxminən 10-15 gün əvvəl narkotik vasitədən istifadə etdiyini söyləyib. Cinayətdə istifadə edilən bıçağı hara atdığını isə xatırlamadığını deyib.
Məhkəmə araşdırmaları zamanı Məhəbbət Qasımova törətdiyi əmələ görə peşman olmadığını da bildirib.
Hökmə əsasən, təqsirləndirilən Murad Kazımzadənin cinayəti sübuta yetirilib. Ona qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi (xuliqanlıq niyyəti ilə adam öldürmə) ittihamdan xaric edilib və o, 15 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Hadisə       Tarix: 05 iyun 2026
f Paylaş

Oxşar xəbərlər

Kişi arvadını və 3 yaşlı uşağını bıçaqladı

Lənkəran şəhərində kişi həyat yoldaşına və azyaşlı oğluna bıçaqla xəsarət yetirib. KONKRET.azTeleqraf-a istinadla xəbər verir ki, hadisə şəhərin Zərifə Əliyeva küçəsində, "Müəllimlər Binası" kimi tanınan yaşayı

Bakıda 20 yaşlı oğlanı bıçaqladılar

Bakıda bıçaqlanma hadisəsi baş verib. KONKRET.azxəbər verir ki, hadisə bu gün gecə saat 02 radələrində qeydə alınıb. Bakı şəhər sakini, 2006-cı il təvəllüdlü Əkbər Səbuhi oğlu Məmmədov kəsici-deşici xəsarətlərlə xəstəxanay

33 il sonra Afrikada da keçiriləcək

Formula 1 Ruandada Afrika Qran-prisinin keçirilməsi ilə bağlı onillik müqavilə imzalayıb, ilk yarışın 2030-cu illərin əvvəllərində baş tutması nəzərdə tutulur. xəbər verir ki, bu barədə məlumatı Formula 1-in mətbuat xidmət

"Mərdəkanlı Amin"in qardaşı ilə bağlı QƏRAR

Paytaxtın Xəzər rayonunda yaxın qohumunu güllələyərək qətlə yetirməkdə təqsirləndirilən Pərviz Xudaverdiyev və onun əmisi oğlu Seymur Xudaverdiyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası baş

Bərdədə dəhşət: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, xəstəxananı şantaj etdi

Bərdə Rayon Mərkəzi Xəstəxanasında qeyri-tibb işçisi (sanitar qadın) pasiyentə qarşı fiziki şiddət göstərib. xəbər verir ki, sanitar köməksiz və huşsuz vəziyyətdə olan pasiyenti 40 dəqiqə dayanmadan döyüb. Bildirilib ki

Bakıda oğul anasını bıçaqladı

Bakıda qadın bıçaqlanıb. KONKRET. -a istinadla xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində baş verib. Qəsəbə sakini, 1975-ci il təvəllüdlü Mehriban Adıgözəl qızı Abdullayeva bıçaq xəsarətlər

Zaqatalada dəhşət: rus sürücü TIR-la qadının üstündən keçdi

Zaqatalada avtomobil piyadanı vurub. -a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Rusiyalı sürücünün idarə etdiyi Gürcüstana məxsus iri yük avtomobili (TIR) Zaqatalanın Faldarlı kənd sakini 66 yaşl

Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var

Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın əldə etdiyi məlumata görə, hadisə rayonun Ərəzin kəndi ərazisində üç avtomobilin iştirakı ilə qeydə alınıb. Baş vermi

Türkiyədə mikroavtobus aşıb, 20-dən çox insan xəsarət alıb

Türkiyənin Afyonkarahisar vilayətində işçiləri daşıyan mikroavtobus aşıb, 28 nəfər xəsarət alıb. "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə yerinə Fövqəladə Halların İdarə Olunması İdarəsinin (AFAD), təcili tibb


azerbaycan xeberleri yeni xeberler son xeberler krimnal bugun sou xeberler hava durumu sonxabar