Astarada dənizdə "yoxa çıxan" Elmar haqda maraqlı detal – Ailəsini nə gözləyir?
Masallıda yaşanan hadisə müzakirələrə səbəb olub. Belə ki, rayon sakini, 5 uşaq atası Elmar Məmmədlinin dənizdə boğulması barədə xəbərlər yayılıb. Araşdırma zamanı isə məlum olub ki, 19 avqustda evdən çıxan və boğulduğu bildirilən E.Məmmədli ayın 20-də ölkəni hava yolu ilə tərk edib.
Belə hallarda həmin şəxs və ya yaxınları nə kimi ittihamlarla üzləşə bilər?
KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan vəkil Mehman Muradlı deyib ki, şəxsin yaxınları onun itkin düşdüyünü düşünərək polisə və ya digər hüquq-mühafizə orqanlarına məlumat veriblərsə, bunun özündə hər hansı qanun pozuntusu yoxdur:
"Əgər sonradan məlum olubsa ki, həmin şəxs heç bir təhlükə ilə üzləşməyib, sadəcə öz istəyi ilə başqa istiqamətə gedib və ya hansısa səbəbdən yaxınlarından xəbərsiz şəkildə ərazini tərk edib, bu halda yaxınlarının məsuliyyətə cəlb edilməsi və ya cərimələnməsi üçün əsas yoxdur".
Vəkilin sözlərinə görə, ölkəni tərk edən adamın əməllərinə nəzər salmaq lazımdır:
"Təbii ki, Elmar Məmmədlinin hansı səbəbdən ölkəni tərk etməsi məsələsi də var. Şəxsin başqa hər hansı cinayət törətməsi və həmin səbəbdən qaçması ayrıca məsələdir. Lakin sırf bu hadisə, yəni şəxsin yaxınlarının onun barəsində polisə məlumat verməsi baxımından hüquq pozuntusundan söhbət gedə bilməz".
Kurslar.az kurslar [newsid: 0-123300]

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı