Ata qızını "kislota" ilə yandırdı
Bakıda ata qızının üzünə sulfat turşusu (kislota) tökərək yandırıb.
KONKRET.az xəbər verir ki, bu barədə lent.az-a zərərçəkən qızın həyat yoldaşı Elnur Əhmədov məlumat verib.
Onun sözlərinə görə, hadisə Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini İldız İbayev 1986-cı il təvəllüdlü qızı, Yeganə Əhmədovanın üzünə "kislota" atıb.
E.Əhmədov qeyd edib ki, hadisəyə xanımının valideynləri ilə arasında olan mülk davası səbəb olub:
"Bu məsələ 3 ildir ki, davam edir. Yoldaşımın valideynləri 17 il öncə qızlarına torpaq sahəsi hədiyyə etdi. Mən də həmin torpaq sahəsində ev tikmişəm. 17 ildir ki, həmin evdə yaşayırıq. Son 3 ildir ki, qarşılarına məqsəd qoyublar ki, bizdən o evi alsınlar. Qanuni yolla heç nə edə bilmədiklərinə görə, dünən səhər saat 9 radələrində yoldaşımın üzünə "kislota" tökərək, evdə heç kim olmadığı vaxtda onu öldürmək istəyiblər.
Yeganə balaca övladımı bağçaya aparanda qapının ağzında ata və anası yandırıcı maddəni əskiyə tökərək onun üzünə basıblar".
Elnur Əhmədovun sözlərinə görə, hazırda xanımı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində müalicə alır:
"Yoldaşımın vəziyyəti orta-ağır olaraq qalır. Bütün üzü yanıb. Danışa bilmir".
E.Əhmədov onu bildirilib ki, qayınatası və qayınanasından şikayətçidir:
"Hadisə ilə bağlı polisə müraciət etmişik. Polislər ekspertizanın rəyini gözləyir. Ondan sonra istintaq başlanacaq. Biz onlardan şikayətçiyik. 3 ildir ki, evimizi bizdən almaq istəyirlər".

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır