"Atamı 12 yaşım olanda itirdim, anam imkansızlıqdan mənə tar ala bilmirdi" - FOTO

"Atamı 12 yaşım olanda itirdim, anam imkansızlıqdan mənə tar ala bilmirdi" - FOTO
"Xanəndələrdən dərs alırlar, daha sonra bayağı mahnılarla insanların zövqünü korlayırlar"
"Tar alətində ifa etmək istəyən xanımların fiziki gücü möhkəm olmalıdır. Bir də onu saatlarla sinədə saxlamaq da çətindir. Ayaq üstündə ifa etmək, ümumiyyətlə, çətindir. Cəmiyyətdə bir psixoloji məqam yaranmışdı ki, bu, kişi alətidir. Mən sənətə gəlişimlə bütün bu baryerləri aşdım. Səhnədə tamaşaçı il üz-üzəsən, buyur istedadını göstər. Ya seviləcəksən, ya da ki, səhnədən uzaqlaşacaqsan. Hər zaman özümə inanmışam. Məşq vaxtı repertuarı telefona yazıram, daha sonra gedib ona evdə qulaq asıram. Çünki səhvlərini, düzlərini görürsən. Mənimlə eyni tərzi paylaşan tarzənlər də var. Hamısı ilə gözəl münasibətlərim var. Təbii ki, rəqabət olmalıdır. O olmasa, uğur olmaz. Düşüncəmdə, təfəkkürümdə bu sənətlə bağlı bir çox layihələr var ki, onları bölüşəndə deyirlər ki, heç bunu edən olmayıb. Bax, mən də o layihələri həyata keçirmək istəyirəm". 
Bunu Moderator.az-a açıqlamasında tarzən Humay Qədimova deyib. Tarzən xanım sənətə gəldiyi ilk illəri, çətinlikləri də xatırlayıb.
"Qardaşım evdə tarla məşq edirdi, bu musiqi alətinin səsi çox xoşuma gəlirdi. Valideynim istəyirdi ki, övladlarında musiqi formalaşsın və harasa gedəndə musiqidən anlayışları olsun. Evdə fortepiano var idi, qardaşımı isə tar sinfinə qoymuşdular. Qardaşım məşq edərkən tarın səsi xoşuma gəldi. O, evdə olmadığı vaxtlarda başladım tarla tanışlıq etməyə. Anam da qardaşımın dərslərində çox oturduğu üçün məlumatlı idi. Bir çox şeyləri də, məsələn, mizrabın düzgün tutulmasını anamdan öyrənmişəm. Qardaşım bildi ki, o, evdə olmayanda tarı götürürəm. Dedi ki, mənim tarıma əl vurma, mizrabını qırarsan. Duyumla artıq bir neçə mahnını tarda ifa edə bilirdim. Anama dedim ki, fortepiano sinfini oxuyacağam, amma xahiş edirəm məni tar sinfinə qoy. Anam təbii ki, razılaşmadı ki, sənin, ümumiyyətlə, əlin tara dəyməyəcək. Sonradan anamı razı sala bildim. Tar sinfinə qəbul olandan sonra mənə tar alan yox idi. Qardaşım da tarını mənə vermirdi. İmkan yox idi ki, tar alaq. Atamı 12 yaşında itirmişəm, bütün ailənin məsuliyyəti, yükü anamın üstündə idi", - deyə Humay Qədimova bildirib.
Sənətçi mahnıların bayağılaşmasından da danışıb.
"Bu gün əksər mahnılar bayağılaşıb, sözləri bəsitləşib. 3 notdan ibarət mahnılar meydana çıxır. Seçilmək çətindir. Bəzən də elə olur ki, ustad xanəndələrdən dərs alırlar, sonra elə bayağı mahnılar ifa edirlər ki. Yəqin ki, tələbat bunadır. Onlar musiqimizə ziyan vururlar, xələl gətirirlər. Zamanın nəbzini də tutmaq lazımdır, o mahnıları da oxumaq olar. Amma biz bəstəkar mahnılarımızı təbliğ etməliyik. İş gör nə yerə gəlib çatıbsa, biz deyirik ki, eybi yox, az olsun, amma təbliğat olunsun", - deyə sənətçi bildirib. / oxu.az

Şou Biznes       Tarix: 20 iyul 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

ABŞ-li aktyor Maykl Forest 97 yaşında vəfat edib. Bu barədə "The Hollywood Reporter" nəşri məlumat yayıb. Məlumata görə, aktyor ömrünün son illərini qocalar evində keçirib. Maykl Forest "Star Trek" serialınd

Ceki Çan və Devid Bekhem Çində bir arada

Əfsanəvi aktyor Ceki Çan və dünyaca məşhur keçmiş futbolçu Devid Bekhem Makaoda keçirilən NBA Çin Oyunları çərçivəsində bir araya gəliblər. Məşhurlar basketbol qarşılaşmasını birlikdə izləyiblər. Ceki Çan tədbirdə basketbo

5 milyonluq səhifəsini bağlamışdı - Səbəbini açıqladı

Həm karyerası, həm də şəxsi həyatı ilə hər zaman gündəmdə olan türkiyəli aktyor Kıvanç Tatlıtuğ təxminən 5 milyon izləyicisi olan instaqram hesabını niyə deaktiv etdiyini açıqlayıb. Türkiyə KİV xəbər verir ki, tədbirləri

Türkiyəli məşhur aktyor 90 yaşında vəfat etdi

Türkiyənin tanınmış aktyoru, şair və yazıçı Nihat Ziyalan 90 yaşında vəfat edib. xarici mətbuata istinadən xəbər verir ki, uzun illərdir Avstraliyanın Sidney şəhərində yaşayan sənətçinin vəfatını "Kaktüs" dərgis

Yenidən məhkəmədə üz-üzə gələcəklər

Dünyaca məşhur müğənni Şakira və "Barselona"nın sabiq futbolçusu Jerar Pike oğlanları ilə görüş qaydalarını müzakirə etmək üçün yenidən Barselona məhkəməsində üz-üzə gələcəklər. "EL PAÍS" nəşri xəbər veri

Qadınlara gül almayın' - Niyamdan kişilərə

Müğənni Niyam Salami qadınlara hədiyyə seçimi ilə bağlı maraqlı fikirlər səsləndirib. Sənətçi həmkarı İzzət Bağırovun konsertində kişilərə qadınlara gül almaq əvəzinə qızıl hədiyyə etməyi tövsiyə edib. "Kişilərə tövsiyə

Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI

Türkiyə serialları təkcə ölkə daxilində deyil, dünyanın bir çox ölkəsində böyük auditoriyaya sahibdir. Serialların beynəlxalq satışları və məşhur aktyorlara olan maraq ulduzların qonorarlarına da təsir göstərir. Bəzi ba

"Günaydın, Azərbaycan"dan getmə səbəbini açıqladı

Aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə canlı yayım açaraq izləyicilərinin suallarını cavablandırıb. xəbər verir ki, aparıcı "Günaydın, Azərbaycan" verilişindən ayrılma səbəbini açıqlayıb. X.Hidayətqızı bildiri

Tanınmış reperi həbsxanada döydülər

P.Diddy kimi tanınan amerikalı reper Şon Kombs ABŞ-dəki Fort Diks həbsxanasında yamaykalı narkobaron Kristofer Koukla davada başından xəsarət alıb. Münaqişə 9 oktyabrda baş verib. Hadisəyə həbsxana rəsmilərinin reperin dəbdəbəl


azerbaycan xeberleri yeni xeberler son xeberler ən son xəbərlər bugün ən son xəbərlər cəbhədən son görüntülər xəbərlər