Atatürkə qarşı çıxan İMAMA ŞOK
Türkiyənin Konya Böyük Şəhər Bələdiyyəsi moizələrində Atatürkə qarşı çıxan məşhur din xadimi və təriqət lideri Kadir Mısıroğlunun adına küçə verilməsi məsələsini gündəlikdən çıxarıb.
Publika.az "Sözcü"yə istinadla xəbər verir ki, müxalifət düşərgəsinin sərt təpkilərindən sonra Kadir Mısıroğlunun Konyada adına küçə verilməsi məsələsinə "veto" qoyulub. Onun adına küçə verilməsi məsələsini isə tərəfdarları gündəmə gətirib və şəhər bələdiyyəsinə din qarşısındakı xidmətlərinə görə adına küçə verilməsi məsələsi qabardılıb. Qərar şəhər bələdiyyəsinin avqust ayı üzrə ilk iclasında səsləndirilib.
Şəhər bələdiyyəsi cümhuriyyətə və onun qurucusuna qarşı çıxanların adına küçə verməklə deyil, vətən üçün daha yaxşı xidmət etməklə yaddaşlarda qalmaq istəyirik - bəyanatını verib.
Qeyd edək ki, Kadır Mısıroğlu çıxışlarında Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkə qarşı qeyri-etik ifadələrə yol verib.
Tural Turan
Kurslar.az kurslar [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək