ATƏT-ə üzv olan 20 ölkənin nümayəndəsi Rusiyanın təşkilatın iclasında iştirakına qarşıdır
İyirmi ölkənin nümayəndəsi Avstriya hakimiyyətini sanksiyalara məruz qalan, lakin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fevralın 23-24-də keçiriləcək iclası üçün Vyanaya gəlməli olan 15 rusiyalı siyasətçiyə viza verdiyinə görə tənqid ediblər və onların iştirakını qadağan etməyə çağırıblar.
KONKRET.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
Avstriya tərəfindən ölkəyə daxil olmaq üçün viza verilənlər arasında Dövlət Dumasının sədr müavini Pyotr Tolstoy və Dumanın Beynəlxalq məsələlər üzrə komitəsinin rəhbəri Leonid Slutski, "LDPR" partiyasının lideri Leonid Slutski də var.
Fransa, Britaniya, Polşa və Ukrayna da daxil olmaqla, 20 ölkədən olan 81 ATƏT nümayəndəsinin məktubunda deyilir ki, Rusiya parlamentariləri hökumətin tərkib hissəsidir və hər gün Rusiyanın Ukraynada törətdiyi cinayətlərdə iştirak edir. Qeyd olunub ki, dürüst dialoqu və müharibəyə müqaviməti təbliğ edən təşkilatda onların yeri yoxdur.
Vurğulanıb ki, məktubu ABŞ-dan gələn nümayəndələr imzalamayıblar. Ölkənin təşkilatdakı səfiri Maykl Karpenter bildirib ki, Rusiya rəsmiləri Qərb ölkələrinə səyahət hüququna layiq olmasalar da, onlara viza verib-verməmək barədə qərarı Avstriya verməlidir.

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir