Atıcımız Ruslan Lunyov Vətənə qızıl medalla qayıtdı
Ruslan Lunyov 25m Lapua Avropa Kubokunun üçüncü təsnifat mərhələsində iştirak edərək iki gümüş və bir qızıl medal qazanıb.
KONKRET.az xəbər verir ki, həmyerlimiz kişilər arasında keçirilən 25 metr məsafəyə tapançadan atış üzrə yarışın qalibi olaraq, ən yüksək pilləyə yüksəlib. Vətənə qələbə ilə dönən idmançımız 580 xal toplayıb.
"Qələbə qazandığım üçün çox xoşbəxtəm. Son atışlarda düşünürdüm ki, hətta dünya rekordunu da qıra bilərəm. Lakin məni rekorddan cəmi 5-6 xal ayırdı", – deyən həmvətənimiz son dövrədə 91 xal toplamasını izah edib.
Ruslan Lunyov Avropa Kubokunun sentyabrda Lissabonda keçiriləcək final yarışına vəsiqə qazanıb.
Qeyd edək ki, Avropa Atıcılıq Federasiyasının yarışlarından olan 25m Lapua Avropa Kuboku 6-10 iyul tarixlərində Estoniyanın Tallinn şəhərində baş tutub.
Xidmetler [newsid: 0-123300]

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu