Atletika üzrə Bakı çempionatına start verildi
Sentyabrın 24-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda atletika üzrə Bakı çempionatına start verilib.
Publika.az xəbər verir ki, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan Atletika Federasiyasının (AAF) birgə təşkilatçılığı ilə təşkil olunan yarışda qızlar və oğlanlar iştirak edirlər. Yarışda 8 komandadan 90-a yaxın atlet birincilik uğrunda mübarizə aparır.
Yarışın birinci günündə oğlanlar arasında üçtəkanla tullanmada Rüstəm Məmmədov, nüvəitələmədə Ruslan Məlikov və nizəatma yarışında isə Tofiq Məmmədov qalib adını qazanıblar. Qızların yarışında isə üçtəkanla tullanmada Yekaterina Sarıyeva, nüvəitələmədə Günel Hüseynova və nizəatmada isə Aysel Rəhimli birinci yerə layiq görülüb.
Oğlanlar arasında qaçış yarışlarında Teymur Salahzadə (100 metr), Əlhəm Nağıyev (400 metr) və Elman Abışov (1500 metr) birinci olublar. Qızların mübarizəsində isə Lamiyə Vəliyeva (100 metr), Bibixanım Qəmbərova (400 metr) və Cəmilə Xudazadə (1500 metr) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Qaliblər federasiya və Baş İdarə tərəfindən diplom və medallarla təltif olunublar.
Qeyd edək ki, yarışa sentyabrın 25-də yekun vurulacaq.

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır