Xankəndi Ultramarafonuna yekun vuruldu

Xankəndi Ultramarafonuna yekun vurulduIII Beynəlxalq Xankəndi Ultramarafonunun dördüncü – son mərhələsi başa çatıb.
KONKRET.az Report-a istinadla xəbər verir ki, marafonun 4-cü mərhələsi Ağdam şəhərindən bu gün səhər start götürüb, iştirakçılar 29,2 km məsafə qət ediblər.
Bununla da atletlər dörd gün ərzində ümumilikdə 192 km məsafə qət edərək Xankəndi Zəfər Meydanındakı finişə çatıblar.
Kişilər arasında ilk üç mərhələdə gürcüstanlı atlet David Xarazişvili qələbə qazanıb, qadınların mübarizəsində isə Ukraynadan olan Olena Şevçenko birinci olub.
Marafon Azərbaycan Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə keçirilib. Yarışa 6 ölkədən 97 atlet qatılıb.
Ultramarafon dörd mərhələdən ibarətdir: Qəbələ-Ağdaş (52,5 km), Ağdaş-Bərdə (63,5 km), Bərdə-Ağdam (46,8 km) və Ağdam-Xankəndi (29,2 km). Hər mərhələnin qalibləri ayrıca təltif edilir.
Yarışın keçirilməsində məqsəd sağlam həyat tərzinin və qaçış idmanının təbliği, həmçinin Azərbaycanın müxtəlif bölgələrinin idman vasitəsilə tanıdılmasıdır.
***
III Beynəlxalq Xankəndi Ultramarafonuna yekun vurulub.
Dörd gün davam edən ultramarafon çərçivəsində idmançılar ümumilikdə 192 km məsafə qət ediblər. Yarış Qəbələ–Ağdaş (52,5 km), Ağdaş–Bərdə (63,5 km), Bərdə–Ağdam (46,8 km) və Ağdam–Xankəndi (29,2 km) mərhələlərindən ibarət olub. Hər mərhələnin qalibləri ayrıca mükafatlandırılıb.
Sonuncu mərhələdə kişilər arasında Gürcüstan təmsilçisi David Xarazişvili, qadınlar arasında isə ukraynalı Olena Şevçenko finişə birinci çatıb.
Dörd mərhələnin yekun nəticələrinə əsasən, kişilərin mübarizəsində David Xarazişvili birinci yeri tutub. Litvalı Andrey Eqorov ikinci, Azərbaycan təmsilçisi Elşad Nəsibov isə üçüncü olub.
Qadınların yarışında Olena Şevçenko ümumi hesabda birinci yeri tutub. Rusiyalı Leyla Abdinova ikinci, Azərbaycan təmsilçisi Natalya Vallek isə üçüncü olub.
Xatırladaq ki, Xankəndi Ultramarafonu ilk dəfə 2024-cü ildə Xankəndi-Bakı marşrutu üzrə təşkil olunub. 380 km məsafəni əhatə edən yarışda dörd ölkədən 64 atlet iştirak edib. 2025-ci ildə isə ultramarafon Qəbələ-Xankəndi marşrutu üzrə keçirilib, yarışa altı ölkədən 81 atlet qatılıb.

İdman       Tarix: 11 oktyabr 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Əliyev Cüdo Federasiyasının prezidenti ilə bağlı sərəncam imzaladı

Beynəlxalq Cüdo Federasiyasının prezidenti Ladislau-Marius Vizer "Dostluq" ordeni ilə təltif olunub. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında və beynəlxal

Millətlər Liqası: Bu gün daha 10 oyun var

Bu gün UEFA Millətlər Liqasında qrup mərhələsinin növbəti oyunları keçiriləcək. xəbər verir ki, oyun günündə 10 matç baş tutacaq. UEFA Millətlər Liqası. 6 oktyabr. A Liqası, II qrup. 22:45. Xorvatiya – İspaniya;. 22:45. İngiltər

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır. xəbər verir ki, bu barədə portuqaliyalı jurnalist Mige

"Fənərbaxça" bu heyətlə Bakıya gələcək

"Fənərbaxça" oktyabrın 3-də "Turan Tovuz"la qarşılaşacaq. -a istinadla xəbər verir ki, İstanbul təmsilçisi Bakıya aşağıdakı heyətlə gələcək:. Arçe Braun (müdafiəçi). Efe Fettahoğlu (yarımmüdafiəçi). Bara

Türkiyənin tanınmış hakimi həbs edildi

İstanbul Respublika Baş Prokurorluğu tərəfindən Mərkəzi Hakimlər Komitəsinə qarşı aparılan istintaq çərçivəsində saxlanılan Türkiyə Super Liqasının hakimi Yasin Kol və köməkçi hakim Göktuğ Hazar Erel barəsində məhkəmə qəra

Eşitmə məhdudiyyətli idmançımızdan yunan-Roma kubokunda mühüm qələbə

Belarusda eşitmə məhdudiyyətli kişilər arasında yunan-Roma və sərbəst güləş üzrə keçirilən Açıq Kubokda Azərbaycan idmançısı Qəmbər Türbətzadə bürünc medal qazanıb. xəbər verir ki, 72 kq çəki dərəcəsində mübarizə aparan güləşçimi

Avropa çempionatı: 5 boksçumuz rinqə çıxır 

Monteneqronun Budva şəhərində keçirilən boks üzrə U-17 Avropa çempionatında bu gün yarışların ikinci günü keçiriləcək. xəbər verir ki, 40 ölkədən 473 idmançının qatıldığı turnirin ilk günündə Azərbaycan millisinin 4 üzv

UEFA Millətlər Liqası: Türkiyə evdə darmadağın oldu

UEFA Millətlər Liqasının qrup mərhələsində II turun növbəti oyunları baş tutub. xəbər verir ki, A, B və C qruplarında səkkiz oyun keçirilib. A Liqasının 1-ci qrupunda Türkiyə doğma meydanda İtaliyanı qəbul dib. Fransa səfərd

Xankəndi Ultramarafonuna yekun vuruldu

II Beynəlxalq Xankəndi Ultramarafonunun dördüncü – son mərhələsi başa çatıb. Report-a istinadla xəbər verir ki, marafonun 4-cü mərhələsi Ağdam şəhərindən bu gün səhər start götürüb, iştirakçılar 29,2 km məsafə qət ediblər


azerbaycan xeberleri yeni xeberler son xeberler son xeberler 2026 metbuat xeberleri en son xeberleri idman xeberleri