Auditorlar Palatası və Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti arasında əməkdaşlıq müqaviləsi imzalandı

Auditorlar Palatası və Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti arasında əməkdaşlıq müqaviləsi imzalandıKiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilati dəstəyilə Azərbaycan Respublikasının Auditorlar Palatası (ARAP) və Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalanıb.
AQC-dən azxeber.com-a bildirilib ki, tədbiri giriş sözü ilə açan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin icra aparatının rəhbəri Azər Niftiyev bildirib ki, müqavilədə kifayət qədər yaxın olan sahələri təmsil edən qurumlar arasında əməkdaşlığın artırılmasına dair mühüm məqamlar öz əksini tapıb. Cari il iyul ayında KOBİA İctimai Şurasının təşəbbüsü ilə "Audit və qiymətləndirmə" mövzusunda keçirilən ictimai dinləmədən sonra ARAP və AQC arasında əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə yüksəldiyini vurğulayıb.
KOBİA-nın İdarə Heyətinin sədr müavini Samir Hümbətov qeyd edib ki, hər iki təşkilat cəmiyyətdə ciddi nüfuza malikdir və ölkə iqtisadiyyatında xüsusi əhəmiyyəti olan sektorları təmsil edirlər. Samir Hümbətov KOBİA-nın assosiativ qurumlar arasında əməkdaşlığın artırılmasında maraqlı olduğunu, bu istiqamətdə səylərini davam etdirdiyini diqqətə çatdırıb. ARAP və AQC arasında əməkdaşlığa dair müqavilənin imzalanmasına töhfə verdiklərindən məmnunluğunu ifadə edən sədr müavini əlavə edib ki, təmsil etdiyi qurum bundan sonra da hər iki təşkilata hərtərəfli dəstəyini davam etdirəcək.
Auditorlar Palatasının sədri, professor Vahid Novruzov KOBİA-nın rəhbərliyinə verdiklərə dəstəyə və ev sahibliyinə görə təşəkkür edib. O bildirib ki, rəhbəri olduğu palata ilə Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti arasında əməkdaşlıq formatı barədə müzakirələr bir neçə aydır davam edir. KOBİA-nın dəstəyini qeyd edən Vahid Novruzov AQC sədri Vüqar Orucla bu mövzuda müzakirələr apardığını söyləyib. Müqavilənin mahiyyətindən bəhs edən Vahid Novruzov auditorlar və qiymətləndiricilər arasında əməkdaşlığın artırılmasını dövrün tələbi adlandırıb.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin vitse-prezidenti Vüqar Oruc ekosistemin ayrılmaz tərkib hissəsi olan auditorlar və qiymətləndiricilər arasında əməkdaşlığın artırılmasının labüd olduğunu diqqətə çatdırıb. Rəhbəri olduğu cəmiyyətin fəaliyyətindən söz açan sədr qeyd edib ki, müqavilənin imzalanmasında KOBİA-nın xüsusi xidməti olub. Buna görə, KOBİA-nın sədri Orxan Məmmədova və qurumun rəhbərliyinə təşəkkür edən Vüqar Orucun Əməkdaşlıq Müqaviləsində qarşılıqlı etimad tədbirlərinin xüsusi yer aldığını vurğulayıb. "Şəffaflığın təmin olunması, faydalı və qarşılıqlı əlaqələrin artırılması baxımından bu müqavilənin mühüm əhəmiyyəti var" – Vüqar Oruc söyləyib.
Daha sonra Azərbaycan Respublikasının Auditorlar Palatası (ARAP) və Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) arasında Əməkdaşlıq Müqaviləsi imzalanıb. Müqaviləni ARAP və AQC sədrləri Vahid Novruzov və Vüqar Oruc imzalayıblar.

Sosial       Tarix: 26 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Ülvi Cəfərova ağır itki - Foto

Əməkdar incəsənət xadimi, professor Əliqismət Lalayev və "Şeron" qrupunun bədii rəhbəri, tanınmış müğənni, aktyor və prodüser Ülvi Cəfərova ağır itki üz verib. Əliqismət Lalayevin bacısı, Ülvi Cəfərovun isə anas

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

4 min illik xəstəlik yenidən baş qaldırdı – Azərbaycanda da qeydə alınıb

Dünyanın ən qədim yoluxucu xəstəliklərindən biri hesab olunan cüzam – Hansen xəstəliyi ABŞ-də yenidən diqqət mərkəzinə düşüb. Florida ştatında 2026-cı ilin ilk aylarında 19 yeni yoluxma faktının qeydə alınması narahatlı

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Soyuqdəymənin ilk əlamətləri zamanı bunları edin

Soyuqdəymənin ilk əlamətləri hiss olunan kimi xəstəliyi "ayaqüstə" keçirməyə çalışmaq məsləhət görülmür. Mütəxəssislər bu mərhələdə evdə qalmağı, istirahət etməyi və vəziyyət pisləşərsə həkimə müraciət etməyi tövsiy

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14


yeni xeberler son xeberler azerbaycan xeberleri en son xeberleri bugun xeberler en sonxeber son xeber 2026