AVRO-2020: İtaliya yığması ikiqat Avropa çempionu oldu (YENİLƏNDİ)

AVRO-2020: İtaliya yığması ikiqat Avropa çempionu oldu (YENİLƏNDİ)Futbol üzrə Avropa çempionatında final oyunu keçirilib.
Publika.az-ın məlumatına görə, həlledici qarşılaşmada İngiltərə və İtaliya yığmaları üz-üzə gəlib. Londondakı "Uembli" stadionunda təşkil olunmuş qarşılaşmanı 67 173 nəfər izləyib.
Hesab isə erkən açılıb. 1 dəqiqə 57-ci saniyədə Lük Şou İngiltərə millisini hesabda önə çıxarmaqla yanaşı, Avropa çempionatları tarixinin ən erkən qoluna imza atıb. Bu, meydan sahiblərinin ilk yarı ərzində yeganə təhlükəli epizodu olub.
İtaliya yığması isə bərabərlik qolunu vurmaq üçün hücuma atılıb və istəyinə 67-ci dəqiqədə çatıb. Leonardo Bonuççi rəqib qapısı qarşısındakı qarışıqlıqdan sonra topu tora göndərib - 1:1. Beləliklə, "Yuventus"un müdafiəçisi Avropa çempionatlarının finalları tarixində qol vuran ən yaşlı oyunçu olub. O, 34 yaş 71 günündə fərqlənib.
Digər tərəfdən, İtaliya millisi 13-cü qola imza atmaqla, nəhəng turnirlərdə şəxsi rekordunu yeniləyib. Daha əvvəl 1934, 1982 və 2006-cı il dünya çempionatlarında "Skuadra Adzurra" 12 dəfə fərqlənmişdi.
Görüşün əsas vaxtı elə bu hesabla başa çatıb. Bu, 90 dəqiqə ərzində taleyi həll olunmayan 7-ci final qarşılaşması olub. 1960, 1976, 1996, 2000 və 2016-cı il Avropa çempionatlarında qalib əlavə vaxtda müəyyənləşib. AVRO-1968-də də eyni hal baş verib. Amma reqlamentə əsasən, iki gün sonra yenidən həlledici qarşılaşma keçirilib.
AVRO-2020-də isə əlavə vaxtda da qalib müəyyənləşməyib və nəticədə tarixdə ilk dəfə Avropa çempionu penaltilər seriyasında müəyyənləşib. Bu zaman Roberto Mançininin baş məşqçi olduğu kollektiv daha dəqiq olaraq, qalib gəlib - 3:2. Beləliklə, İtaliya millisi tarixində dördüncü dəfə yüksəldiyi qitə çempionatının final oyununu qələbə ilə başa vurub və ikiqat Avropa çempionu olub.
Daha əvvəl "Skuadra Adzurra" AVRO-1968-in qalibi olub.
xxx
00:43
AVRO-2020-də İngiltərə və İtaliya yığmaları arasındakı final oyununda növbəti qol vurulub.
Publika.az xəbər verir ki, 67-ci dəqiqədə İtaliya millisinin futbolçusu Leonardo Bonuççi hesabı bərabərləşdirib - 1:1.
Qeyd edək ki, qarşılaşma Londondakı "Uembli" stadionunda keçirilir. İlk qol 2-ci dəqiqədə vurulub. İngiltərə millisində Lük Şou əks-hücumda fərqlənib. Görüşü niderlandlı referi Byorn Kuypers idarə edir.
xxx
23:00
AVRO-2020-də İngiltərə və İtaliya yığmaları arasındakı final oyunu start götürüb. "Report"un məlumatına görə, qarşılaşma Londondakı "Uembli" stadionunda keçirilir.
Publika.az xəbər verir ki, ilk qol 3-cü dəqiqədə vurulub. İngiltərə millisində Lük Şou əks-hücumda fərqlənib.
Görüşü niderlandlı referi Byorn Kuypers idarə edir.
xxx
22:00
Bu gün Avropa çempionatının final oyununda üz-üzə gələcək İtaliya və İngiltərə yığmalarının start heyətləri açıqlanıb.
Publika.az xəbər veir ki, komandalar meydana aşağıdakı "11-lik"lə çıxacaqlar:
İtaliya: 21. Canluici Donnarumma, 2. Covanni Di Lorenso, 3. Corco Kyellini (kap.), 6. Marko Verratti, 8. Jorjinyo, 10. Lorenso İnsinye, 13. Emerson, 14. Federiko Kyeza, 17. Çiro İmmobile, 18. Nikolo Barella, 19. Leonardo Bonuççi
İngiltərə: 1. Cordan Pikford, 2. Kayl Uolker, 3. Lük Şou, 4. Deklan Rays, 5. Con Stounz, 6. Harri Maquayr, 9. Harri Keyn (kap.), 10. Rəhim Sterlinq, 12. Kiran Trippye, 14. Kelvin Fillips, 19. Meyson Maunt
Qeyd edək ki, İngiltərənin paytaxtı Londondakı "Uembli" stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlanacaq. Görüşü niderlandlı baş hakim Byorn Kuypers idarə edəcək.

İdman       Tarix: 12 iyul 2021
f Paylaş

Oxşar xəbərlər

Günel Bədəlovaya yüksək vəzifə verildi

Oktyabrın 17-də Polşanın Zakopane şəhərində Beynəlxalq Xizək Alpinizmi Federasiyasının (ISMF) Plenar Assambleyası keçirilib. -a istinadla xəbər verir ki, assambleyada Azərbaycanı Qış İdman Növləri Federasiyasının Baş katib

"Barselona" El-Klasikoya xüsusi formalarla çıxacaq

"Barselona" klubu oktyabrın 26-da La Liqada "Real Madrid"lə keçirəcəyi El-Klasiko matçında amerikalı reper Tayler (The Creator) tərəfindən yaradılmış GOLF WANG brendinin loqosunu daşıyan xüsusi formad

ÇL: "Sabah"ın oyununa hansı kanalda baxaq?

UEFA Çempionlar Liqasının Liqa mərhələlərində bu gün keçiriləcək bəzi oyunlara Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. xəbər verir ki, qarşılaşmalar aşağıda adları qeyd oluna

"Sabah" "Qarabağ"ı qəbul edir: heyətləri açıqlandı

Misli Premyer Liqasının 9-cu turunda bu gün keçiriləcək "Sabah" – "Qarabağ" matçı üçün heyətlər açıqlanıb. xəbər verir ki, komandalar saat 18:00-da başlayacaq matça aşağıdakı tərkibdə çıxacaqlar:. "Sabah"

"Sabah" "Borussiya"ya qarşı: Start heyətlər açıqlandı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda qarşılaşacaq "Sabah" və "Borussiya" (Dortmund, Almaniya) komandalarının start heyətləri açıqlanıb. -ın məlumatına görə, komandalar meydana aşağıdak

"Turan Tovuz" "İmişli"yə, "Zirə" "Kəpəz"ə qarşı 

Misli Premyer Liqasında VII tura bu gün yekun vurulacaq. xəbər verir ki, son olaraq iki qarşılaşma keçiriləcək. Günün ilk oyununda "Turan Tovuz" səfərdə "İmişli" ilə üz-üzə gələcək. Matç saat 15:00-d

Bugünkü oyunları yayımlayacaq kanallar

UEFA Avropa Liqasının və Konfrans Liqasının Liqa mərhələlərində bu gün keçiriləcək bəzi oyunlara Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. KONKRET.azxəbər verir ki, qarşılaşmala

Oyun başlayan kimi qol buraxdı: Noyerdən gözlənilməz xəta 

"Bayern Münhen"in təcrübəli qapıçısı Manuel Noyer inanılmaz səhvə imza atıb. xəbər verir ki, almaniyalı qolkiperin xətası nəticəsində Münhen təmsilçisi qarşılaşmanın 8-ci saniyəsində hesabda geri düşüb. Meydan sahiblər

Konfrans Liqası: bu gün 18 oyun var

UEFA Konfrans Liqasında Liqa mərhələsinin II turunun oyunlarına bu gün start veriləcək. xəbər verir ki, Türkiyənin "Trabzonspor" klubu evdə Şotlandiyanın "Harts" komandası ilə üz-üzə gələcək. UEFA Konfran


son xeberler azerbaycan xeberleri yeni xeberler bugünkü son xəbərlər bugünki xəbərlər son xeberler bugun 2026 canli son xeber 2026